Behbudqızı Samirə
"Teatr haqqında" qanundan nə gözləyirik?
"Dövlət dotasiyası
daimi və əbədi ola
bilməz"
Son zamanlar teatrlarımızın fəaliyyətinin
nigarançılıq, narahatlıq
doğurması, hətta
gələcək fəaliyyətlərinin
sual altında olmasına köklənən
söhbətlər aktuallaşıb
– istər teatr kuluarlarında, istərsə
də ictimai müzakirələrdə.
Belə bir zamanda teatr
xadimləri qəbul olunmaq ərəfəsində
olan "Teatr haqqında" qanundan çox şey gözləyirlər. Əlbəttə, anlamamış deyillər
ki, qanunun kağızda meydana çıxması problemlərin,
əyintilərin bir andaca həlli demək deyil. Bundan ötrü qanun islak, maddələrinin ünvanlandığı sahəyə
cavabdeh kəslər isə məsuliyyətli olmalıdır.
Milli Məclisin mədəniyyət məsələləri
üzrə daimi komissiyasının sədri
Nizami Cəfərov "Həfta içi"nin müxbiri ilə söhbətində
bildirdi ki, qanunun qəbul edilməsi 2007-ci ilədək
yubadılmayacaq, bu ilin sonuna qədər
qəbul olunacaq. Söhbət əsnasında
N.Cəfərov "Teatr
haqqında" qanunun
ən qabarıq cəhətlərindən və
tətbiq edilməsi nəzərdə tutulan yeni cəhətlərindən
bəhs etdi: "Teatr haqqında'' qanun Milli Məclisin
mədəniyyət məsələləri
üzrə daimi komissiyasının iclasında
birinci oxunuşda bəyənilib və ikinci oxunuşa təqdim edilib. Dekabrın
5-də keçiriləcək iclasımızda bu qanun geniş şəkildə müzakira
olunacaq.
Nizami Cəfərov millət vəkili
"Teatr haqqında" qanunu əsasan (19 prinsip üzrə tərtib etmişik. Bu işdə, bildiyiniz kimi, bizim komissiyanın
üzvləri və Mədəniyyət və
Turizm Nazirliyinin rəhbər işçilərinin
yaxından iştirakı
olub. Dediyim (19 prinsipin birincisi
ondan ibaratdir ki, "Teatr haqqında" qanun Azərbaycan milli teatr ananalarının qorunub-saxlanmasını miüləq
şəkildə nəzərdə
tutur. Bu ananalara teatrların binalanrıdan, avadanlıq
və albisələrindən
aktyorlara qədər
olan bir sərvət aiddir. İkinci prinsip isə teatrlarımızın
fəaliyyətini müasir
dünyanın mövcud
qaydalarına, yəni
bazar iqtisadiyyatı qanunlarına uyğunlaşdırmaqdan
ibarətdir, şübhəsiz,
əgər biz "Teatr
haqqında" qanunu qəbul ediriksə, bu, dövlət teatrları şəbəkəsinin
genişlənməsi və
daha möhkam zəmina arxalanması deməkdir. Lakin bununla belə, teatr rəhbərləri anlamalıdırlar ki, dövlət dotasiyası
daimi və əbadi ola
bilməz. Buna görə də onlar öz işlərini
elə qurnalıdırlar
ki, quruluş verdikləri tamaşaları
həm teatr üçün, həm də tamaşaçılar
üçün sərfəli
şəkildə təqdim
edə bilsinlər.
Bu o deməkdir ki, teatrlar belə iş prinsipinə nə qədər tez və əsaslı
şəkildə yiyələnsələr,
dövlətdən asılılıqları
bir o qədər az olar.
Və onlar öz potensiallarına
daha inamlı tərzdə fəaliyyət
göstərə bilərlər.
Qanunun üçüncü prinsipinə
görə isə istənilən halda sənət və sənətkarlar müdafiə
olunmalıdır. Bunun bariz
nümunəsini biz artıq
görürük. Dövlət
və hökumət tərəfindən istər
böyük yaradıcılıq
yolu keçmiş sənətkarlara, istərsə
də gənclərə
xüsusi diqqət ayrılır, onların gördükləri iş
qiymətləndirilir, daha
məhsuldar işləmələri
üçün zəruri
şərait yaradılır.
Bu prinsip onu
da nəzərdə tutur ki, dövlət
tərəfindən ayrılan
maliyyə vəsaiti daha konkret işlərə
yönələcək. Məsələn, teatr festivallarının
keçirilməsi, yaxud
hər hansı böyük bir layihənin gerçəkləşdirilməsi
və s. Qanunun tərtibində əsaslandığımz
üçüncü prinsipə
görə, gələcəkdə
özəl teatrların
açılması və
fəaliyyətinin tənzimlənməsi
də diqqət mərkəzində olacaq.
"Teatr haqqında"
qanunda tətbiq edilməsi nəzərdə
tutulan yeniliklərdən
biri isə ondan ibarətdir ki, "teatr prodüseri" anlayışı yavaş-yavaş
öz yerini tutmağa başlayır. Müasir teatr
məkanında bu, çox vacib amildir. Teatr prodüseri məktəbi formalaşarsa, tamaşanın
sahibinin kim
- baş rejissor, yoxsa teatrın direktoru - olduğu konkretləşər. Bu zaman
hər hansı mübahisəli vəziyyətə ,yer qalmaz".
Həftə içi.-
2006.- 1 dekabr.- S.8.