Xatun
Teatr beynəlxalq festivaldan
qayıdıb
Gənc Tamaşaçılar
Teatrının kollektivi
Podolskda keçirilən
"Uğurlu yollar"
adlı II Beynəlxalq
Teatr Festivalında iştirak edib. Bu barədə teatrın mətbuat əlaqələndiricisi məlumat
yayıb. Xəbərdə
deyilir ki, 18 ölkənin peşəkar
teatr kollektivinin qatıldığı nüfuzlu
festivalın açılışına
həsr olunmuş qala-konsertdə teatr Üzeyir Hacıbəyovun "Arşın
mal alan" komediyasından parçalarla
çıxış edib.
Truppanın çıxışını
Moskva vilayətinin qubernatoru B.Qromov, vilayətin mədəniyyət
naziri Q.Ratnikova və digər rəsmi şəxslər
izləyiblər. Qeyd edək ki, festivalda
təqdim olunan tamaşaları Mədəniyyət
və İncəsənət
Universitetinin professoru,
sənətşünaslıq doktoru İlham Rəhimlinin qatıldığı
tənqidçilər qrupu
qiymətləndirib. Festivalın
gündəliyinə peşəkar
teatr kollektivləri rəhbərlərinin arasında
qarşılıqlı sazişlər
və tanışlıqlar
daxil edilib. Bir həftə davam edən festivalın təntənəli bağlanış
mərasimində Azərbaycan
nümayəndə heyətinin
başçısı, Mədəniyyət
və Turizm Nazirliyinin incəsənət
şöbəsinin müdiri,
əməkdar incəsənət
xadimi Əliqismət Lalayevin çıxışı
dinlənilib. Təşkilat
komitəsi növbəti
ildə keçiriləcək
eyniadlı festivalda Azərbaycanın teatr kollektivinin mütləq iştirak edəcəyini vurğulayıb. Qeyd edək ki, tədbirin
sonunda Gənc Tamaşaçılar Teatrının
kollektivinə diplomlar
təqdim edilib.
Ayna.-2006.-20 dekabr.-S.8.