Xaçınçaylı Q.

 

"İnsan va İblis"

Tamaşa böyük maraqla qarşılandı

 

 Şəhriyar adına Mədəniyyət Markazində Bakı Bələdiyyə Teatrının quruluşunda yazıçı-dramaturq Əmir Pəhləvanın "insan va iblis " pyesinin tamaşası oldu. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov olmaqla, rollarda respublikanın tanınmış aktyorları çıxış edirdilər.

Olduqca maraqlı keçən ikihissəli publisistik elegiyada söhbət əsasən cəmiyyətin içərisində bir faiz yaşamağa şansı olan insanlardan gedirdi. Ele tamaşanın adından da gorünürdü ki, "insan ve iblis" mövzusuna dünya ədəbi janrında çox müraciətlər olunub. Misal üçün, italiyanın intibah dövrünün ən boyük şairlərindən biri olan Dantenin "ilahi komediya"si Mefistofel (iblis) surati ilə başlayır. Ele türk dünyasının böyük dühası, olməz şairimiz Hüseyn Cavidin əsəri İblislə başlayır. Buna çox nümunə göstərmək olar. Lakin Əmir Pəhləvanın əsəri isə  dünya klassiklarindən fərqli olaraq planetin əşrəfi insanla başlayıb. İblisi heç cür islah etmək mümkün deyil. Çünki hər bir insanın içərisində iblis var. Gərək hisslər güclü olsun ki, həmin İblisi içəridə boğa biləsən. Lakin bu əsərdə çox cüzi, iynənin ucu qadar yaşamağa şansı olan insanlıq 99 faiz İblisə qalib çıxır.

Sözü gedən tamaşadakı hadisələr 1947-ci il repressiya dövrünü əhatələyir. Əsrdə - asas sürətlərdən biri hökmdar Mircəfər Bağırov olmaqla - o dovrün ictimai-siyasi mühitində baş verən hadisələrə toxunulur. Əsərin qəhramanı insan sürgün hayatı yaşasa da, sonda cəmiyyətə ailəsinə qayıdaraq İblisi mühakimə edir.

  T a m a ş a başa çatdıqdan sonra əsərin müəllifi Əmir Pəhləvan yaradıcı heyətlə birgə səhnəyə çıxaraq tamaşaçılar qarşısında baş əydi zəhmət çəkib gələn insanlara öz minnatdarlığımı bildirdi. Çoxsaylı tamaşaçılar onları gurultulu alqışlarla gülçiçəklə qarşıladı.

 

Həftə içi.- 2006.- 5 dekabr.- S. 8.