Qax rayonunun Dövlət teatrlarında yeni tamaşalara ictimai

baxış keçirilmişdir

 

Qax Dövlət Kukla Teatrında Abdulla Şaiqin "Tülkü həccə gedir" nağılı əsasında Rəhman Əlizadənin yazdığı "Tülkünün uçuşu" dördpərdəli nağıl-tamaşaya ictimai baxış olmuşdur. Mədəniyyət Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru İsako Zeynalaşvili, quruluşçu rəssamı Əmrah Məmmədov, musiqi tərtibatçısı isə Yusif Abdurəhmanovdur. Tamaşada əsas rolları teatrın aktyorları Afət Yaqubova, Araz Mehrablı, Azər Kərimov Vüsal Əzizov ifa etmişlər. İlk tamaşa uğurlu keçmişdir.

Rayonun əsasən etnik gürcülərin yaşadığı Əlibəyli kəndində fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrında isə gürcü dramaturqu Rafiel Eristavinin "Dəfndən sonra evlənmək" komediyasının ilk tamaşası olmuşdur. Valiko Malumaşvilinin quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Siuri Emraşvili, musiqi tərtibatçısı isə Bagiki Aslamazasvilidir. Dövlət sifarişi əsasında hazırlanan bu tamaşada əsas rolları teatrın aktyorları Vitali Sukasvili, Marina Utiasvili, Laşa Aslamazasvili, Rauli Baçixaşvili basqaları ifa edirlər.

Hər iki tamaşaya ictimai baxışda Mədəniyyət Turizm Nazirliyi İncəsənət Baş idarəsinin rəisi Əliqismət Lalayev, Qax Rayon İcra Hakimiyyətinin, nazirliyin rayon şöbəsinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

Respublika. 2006.- 23 dekabr.- S. 16.