Qocayeva
Adilə
“Sənətə
gəldiyimə peşman deyiləm”
Müsahibimiz musiqili
komediya teatrının aktrisası, tamaşaçılar
arasında “Şirbalanın Nazlısı” kimi tanınaraq
sevilən Lütviyyə Səfərovadır
L.Səfərova ziyalı ailəsində anadan olub. A.Zeynallı adına
Musiqi Məktəbini
(hazırki Musiqi Kollecini) Pəri Behbudovanın vokal sinfi üzrə, Xarici Dillər institutunu isə ingilis dili ixtisası
üzrə bitirib. Bütün bunlara baxmayaraq, taleyini Musiqili Komediya teatrına bağlayıb. Səhnə yaradıcılığı
barədə söhbətlərini
aktrisanın özündən
eşitmək daha yerinə düşər.
- Lutviyyə xanım, siz vokalist olduğunuz halda neca oldu
ki, Musiqili Komediya teatrına gəldiniz?
- 1963-cü ildə
A. Zeynallı adına
Musiqi Məktəbinin
III kursunda oxuyarkən
Niyazi Şərifov məni Ş.Axundovanın
"Ev bizim, sirr bizim" tamaşasında baş rol olan Çiçəyi
oynamağa dəvət
etdi. Bundan əvvəl isə Musiqi Məktəbində təhsil alanda C.Cabbarlının "Sevil"
əsəri tamaşaya
qoyulmuşdu . Mən orada Sevili, L.İmanov isə Balaşı oynayırdı.
Teatrda oynadığım "Ev
bizim, sirr bizim"də tərəf-müqabilim
korifey sənətkarımız
Nəsibə xanım
Zeynalova idi. Musiqili Komediya teatrı aktyordan üç əsas qabiliyyət-oxumaq, oynamaq və aktyorluq tələb edir. Bunların hər üçü məndə olduğuna görə çətinlik
çəkməmişəm. Çətinliyim yalnız onda
idi ki, rus
dilində təhsil aldığıma görə
azərbaycanca yaxşı
danışa bilmirdim.
Səhnə təmiz danışıq
dilini mənə öyrətdi.
-Hansı korifey sənətkarlarla işləmisiniz?
- Mənim bir
xösbəxtliyim ondadır
ki, səhnə sənətimizin qaymaqları
ilə işlamişəm.
Bunların arasında
Şəmsi Bədəlbəyli,
Bəşir Səfəroğlu,
Lütvəli Abdullayev,
Nəsibə Zeynalova,
Mobil Əhmədov, Hacı
baba Bağırov kimi korifey sənətkarlarımızı
xüsusi qeyd etməliyəm. Mən onlardan sənətdə
çox şey görüb-götürmüşəm.
O dövr aktyor teatra, özünə və rola qarşı
olduqca tələbkar idi. Mən əksər hallarda
baş rolları ifa etmişəm. Bu, son dərəcə çətin və məsulliyyətli bir işdir. Onu da xüsusi
qeyd etməliyəm ki, mənim xalq arasında tanınaraq sevilməyimdə
Nəsibə xanımın
və Hacıbaba müəllimin böyük
rolu olub. Onlarla respublikamızın bütün
böl bir sıra yaddaqalan obrazlar yaratmısınız. Bu sahə barədə
danışmağınızı istərdik.
- Sənətkarı xalqa
tanıdan, sevdirən
ən yaxşı vasitə ekran və efirdir. Nəsibə
xanımla, Mobil Əhmədovla
və Hacıbaba Bağırovla teletamaşalarda
bir sıra yaddaqalan obrazlar yaratmışam. Oynadığım tamaşalar radionun qızıl fondunda saxlanılır. Televiziya tamaşalarında
obraz yaratmaq səhnədəkindən qat-qat
çətin və məsuliyyətlidir. Çünki səhnədə rolu oynayarkən günbəgün
püxtələşir, onu
inkişaf etdirirsən.
Televiziya
və radio tamaşalarında
isə bir dəfə necə yaratdınsa, eləcə də lentin yaddaşına köçürülərək
qalır.
- 65 yaşınızın
tamam olmasına az qalıb...
- Mən sənətimi
sevirəm, ona bağlıyam. Xalqıma həmişə sədaqətlə xidmət
etmişəm. Böyük sənətkarlarla
tərəf müqabili
olmuşam və bütün bunlar mənəviyyatımı dolğunlaşdırıb,
həyatımı mənalı
və gözəl edib. Ən başlıcası isə
yaratdıqlarımla xalqımın
qəlbində yer tuta bilmişəm, deməli, sənətim
mənli-mənsiz daim
yaşayacaq. Yeganə aktrisayam ki,
bu yaşımda hələ də səhnədəyəm. Müəyyən yaşa gələndən
sonra bu səhnə üçün
vacib olan səs batdığına
görə aktyorlar teatrdan gedirlər. Mən isə xarakterik rollara keçərək bu gün də
aktrisa kimi fəaliyyət göstərirəm.
Bu sənətə gəlməyimə heç
vaxt peşman olmamışam.
- Oynamaq istədiyiniz rol varmı?
- Səhnədə olduğum
44 il ərzində
istədiyim rolların
hamısını oynamışam.
Heç
bir rolun arxasınca gözüm qalmayıb. Cavanlığıma,
gözəlliyimə, nazıma-duzuma
uyğun olaraq mənə tapşırılan
bütün rolların
öhdəsindən bacarıqla gəlmişəm.
İndi yaşlaşmışam, ana,
yaşlı qadın rollarını yaradıram.
Mənim
qızlarımı isə
istedadlı aktrisalar -əməkdar artist Xanım
Qafarova, Nərgiz Kərimova və başqaları oynayırlar.
Mən onların simasında, oyun tərzində öz cavanlığımı
görürəm. Xanım mənim
kimi vokalistdir və təbii obrazlar yaradır. Hacıbaba müəllimin yaxşı
xüsusiyyətlərindən biri də o idi ki, teatrda
cavanlara yol açır, inkişafları
üçün şərait
yaradırdı. İstedadlı gənc aktyorlarla birlikdə səhnəyə
çıxaraq onları
tanıdır və sevdirirdi. Vaxtilə məni də
bu üsulla xalqıma tanıtmışdı.
-Hazırda hansı rol üzərində çalışırsınız?
- Marat Haqverdiyevin
"Qısqanc ürəklər"
tamaşasında Natella
obrazı üzərində
işləyirəm. Musiqisi
Ramiz Mirişlinindir, rejissoru isə Yusif Əkbarovdur. Çox maraqlı bir tamaşadır bu ilin sonuna kimi
təhvil vermək istəyirik. Sonra isə S.Ələsgərovun
"Milyonçunun dilənçi
oğlu" tamaşasını hazırlayacağıq.
Repertuardakı tamaşalardan
"Volqalı Canan"da Şəlaləni,
"Talelər qovuşanda"da
ana- Nazpərini oynayıram. Hacıbaba müəllimin dünyasını dəyişməsi ilə birdən-birə mənim iştirak etdiyim 5 tamaşa repertuardan çıxarıldı. Çünki
həmin tamaşalardakı
baş rollara Hacıbaba müəllim öz möhürünü
elə vurub ki, ondan sonra
heç kim
həmin rolları onun kimi yarada
bilməz.
İki sahil.- 2006.- 7 dekabr.- S.6.