Ramilə
"Əmir Əmioğlu" teatra qayıtdı
Məcnun Hacıbəyovu yenə səhnədə görəcəyik
Əməkdar artist Məcnun Hacıbəyov
37 il
şalışdığı doğma teatrı tərk etməyə məcbur olanda həmkarlarından heç kim onun müdafiəsinə qalxmadı.
Bu sətirlərin müəllifi
o zaman mətbuatda belə bir başlıqlı yazı
dərc etdirdi
- "Əmir Əmioğlu teatrdan da getdi,
Bakıdan da".
Yenə bir reaksiya olmadı. Bu günlərdə xalq artisti Yaşar Nurinin televiziya çıxışında təsadüfən bir söz diqqətimi çəkdi: "Gözəl aktyorumuz Məcnun Hacıbəyovun teatra qaytarılması alqışlanmalı hərəkətdir, onu qaytardıq". Qələbənin atası
barədə
çox eşitmişik,
mağlubiyyətə
yiyə
duran olmadığını da bilirik,
amma yenə içimizdə bir sual doğdu,
bəs, onu teatrdan uzaqlaşdıranlara qarşı niyə
etiraz səsi ucaltmamışdınız? Məcnun Hacıbayovun boyük sənətkar olması barədə iddia qaldırmaq fikrindən uzağıq, bu aktyorun özünəməxsus, xırda da olsa yaddaqalan rolları vardı.
Bu dəfə
Akademik Milli Dram Teatrına gedəndə Məcnun Hacıbayovu böyük həvəslə
yeni tamaşada gənclik havası ilə maşq edən gördüm.
Getməyindən danışdı:
“Çıxıb getmişdim, ümumi mühitdən, dövrandan incimişdim. Yoldaşım
rəhmətə gedəndən sonra həyatım
alt-üst oldu, yaşamağa yerim də yox idi. Çox
düşünüb ərizə yazıb getdim
rəhmətlik Həsənağa Turabovun yanına. Dedim ki,
məni işdən azad elə çıxıb gedib doğma
torpağa Qubaya. Orda heç olmasa evim var. Dedi nə danışırsan,
sən repertuarda 8 tamaşada varsan yerini kim
tutacaq? Qalmağa yerim olmadığını
eşidəndə kişinin
gözləri doldu.
Teatrda bir otaq ayırdı.
Mümkün olan şəraiti
yaratdı. İl yarım
yaşadım teatrda.
Sonra Həsənağa müəllim
rəhmətə getdi
teatra rəhmətlik Əlabbas Qadirov bədii rəhbər təyin olundu. İftixar Piriyev də inzibatçı direktor.
Bir gün məni çağırdılar ki,
otağı boşalt.
Dedim onda gərək teatrdan birdəfəlik gedəm, çünki qalmağa yerim yoxdur, işdən
çıxardın gedim
Qubaya. Hər gün üstümə
adamlar göndərdilər
ki, otağı boşalt. İftixar mənə bunun ona
yuxarıdan tapşırıldığını
dedi öyrəndim, dedilar ki, yuxarıdan elə tapşırıq olmayıb. İftixar Piriyeva dedim ki, yalan danişmaq
qorxaq adamların işidir. Səhəri gün oğlum gəlib dedi ki, kirayə tutarıq, qalma burda. Amma mənə dedilər
ki, sənin rollarını başqalarına
paylayırlar. İnzibatçı
direktor daha mənimlə işləmək
istəmədiyini dedi
və əsas gətirdi ki, onu təhqir etmişəm. Əlabbas müəllim sifariş
elədi, gal üzr istə, qal işlə. Dedim, kişi səhv
edər, amma üzr istəməz. Bir gün isə əmrim asıldı teatrın divarından.
Sənədlərimi götürüb, həm teatrdan, həm də Bakıdan getdim. 4 il idi Qubada yaşayırdım,
elə bil teatr aləmində mən adlı aktyor olmayıb".
Tanınmış aktyorun doğma kollektivə qayıdışı isə
belə olub: "Maqbet Bünyadov zəng edib çağırdı ki,
gəl, yerin gorünür. İndi məni repertuara
salıblar. Direktor söz
verib ki, ev məsəlami də həll etməya çalışacaq".
Gün.- 2006.- 2-8 dekabr.- S. 25.