Qazax Teatrının səhnəsində
Qarışqa tələsi
Qazax Dövlət Dram Teatrında yazıçı-dramaturq
Firuz Mustafanın
"Qarışqa tələsi"
pyesinin səhnə həllinə ictimai baxış keçirilib.
Qeyd edək ki, xüsusi layihə əsasında hazırlanmış tamaşanın
quruluşçu reyissoru
Günay Səttarova, bədii rəhbəri Əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğludur.
Komediya yanrında tamaşaya qoyulan əsərdə kurort şəhərciyində baş
verən müəmmalı,
şən vəkədərli
hadisələrdən bəhs
olunur. Ər və arvad arasındakı
münaqişə tamaşçıları
güldürməklə yanaşı,
düşündürüb. "Qarışqa tələsi"ndə rolları İlqar Hacəliyev (Xanış), Nazilə Məmmədova (Amirə),
Minayə İbrahimova
(Delfinə), Elvin Həsənov (Boran), Züleyxa Məmmədova
(qız), Zaur Məmmədov (hərbçi
oğlan) və Allahverdi Musayev (idmançı oğlan) ifa ediblər. Tamaşanın quruluşçu
rəssamı Səyyad
Məmmədov, musiqi tərtibaçısı Aybəniz
Qurbanova, reyissor assistenti isəKəmalə
Eyyubovadır.
Qeyd edək ki, ictimai baxışdan
sonra tamaşanın müzakirəsi keçirilib.
Mədəniyyət və
Turizm Nazirliyinin əməkdaşı Vəfa
Novruzova, teatrşünas
Məryəm Əlizadə,
reyissor Vaqif İbrahimoğlu çıxış
edərəkyeni tamaşa
barədə fikirlərini
bildiriblər
Kaspi.-2006.-21 dekabr.- S.7.