Azərbaycan Prezidenti İlham Əliyev Rusiya hökumətinin sədri Mixail Fradkovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Prezident Sarayında Rusiya Federasiyası hökumətinin sədri Mixail Fradkovu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan dövlətinin başçısı İLHAM ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli Mixail Yefimoviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda salamlamağıma çox şadam. Şadam ki, siz Azərbaycanda Rusiya İlinin bağlanışı ilə əlaqədar səfərə gəlmisiniz.
Rusiyada Azərbaycan İli kimi, bu il , ümumən, çox uğurlu keçdi. Ötən iki ildə ölkələrimiz xalqlarımız daha da yaxın oldular. Bu il bizə əməkdaşlığın imkanlarını daha yaxşı qiymətləndirməyə imkan verdi. Mədəni proqramlar, nümayəndə heyətlərinin mübadiləsi, biznesin, ticarət əlaqələrinin inkişafı çərçivəsində bir çox tədbirlər keçirildi. Bütün bunlar ikitərəfli münasibətlərimizin necə möhkəm olduğunu bir daha göstərir. Mən bu yaxınlarda Moskvada olarkən Rusiya Prezidenti ilə görüşümdə dedim ki, Rusiya İli formal olaraq başa çatsa da, əminəm ki, o, digər formatda sonrakı illər ərzində davam edəcəkdir. Sizin ölkəmizə belə mötəbər nümayəndə heyəti ilə gəlməyiniz ikitərəfli əməkdaşlığın çox böyük potensialı olduğunu göstərir.
Ticarət münasibətlərimiz inkişaf edir, əmtəə dövriyyəsi yüksək sürətlə artır, əslində, iki ildə iki dəfə çoxalmışdır. Ümidvarıq ki, bu müsbət meyillər gələcəkdə artacaq, inkişaf edəcək bu, istər ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, istərsə regionumuzda ümumən müsbət proseslərin inkişafına təkan verəcəkdir.
Bir daha xoş gəlmisiniz. Ümidvaram ki, səfəriniz faydalı xoş olacaq, buna hava da kömək edir. Bu gün gəlişinizlə əlaqədar belə günəşli, demək olar, yaz havası var. Ümidvaram ki, bütün bunlar əlaqələrimizin daha da inkişafına kömək edəcəkdir.
Rusiya Federasiyası hökumətinin sədri MİXAİL FRADKOV səmimi qəbula görə təşəkkür edərək dedi:
- Hörmətli İlham Heydər oğlu!
Sizinlə görüşmək imkanına görə, burada, Azərbaycan torpağında səmimi, mehribanlıqla qarşılandığımıza görə Sizə təşəkkür edirəm. İlk növbədə, Rusiya Prezidenti Vladimir Putinin salamını yetirmək istərdim. O, Sizinlə olan sonuncu söhbətlərini noyabrın əvvəlində keçirilən görüşü xatırlayır. Demək istərdim ki, əldə olunmuş razılaşmalar yerinə yetirilir. Biz hər şeyi nəzarətdə saxlayırıq. Bu gün həmkarım Artur Rasizadə ilə təkbətək görüşdə nümayəndə heyətlərinin iştirakı ilə görüşdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın ümdə məsələləri müzakirə olundu.
Məmnunluğumu bildirmək istərdim ki, münasibətlərimiz, ilk növbədə, mənim məsuliyyət daşıdığım ticarət-iqtisadi münasibətlər uğurla dinamik inkişaf edir, bu, siyasi əlaqələrin humanitar sahədə əməkdaşlığın səmərəli inkişafına təkan verir. Rusiyada Azərbaycan İlinin Azərbaycanda Rusiya İlinin keçirilməsi bir-birini tamamlayan hadisələrdir, bir-biri ilə qarşılıqlı surətdə bağlıdır siyasi, iqtisadi humanitar münasibətlərin daha da inkişafına kömək edir. Bu gün həmkarımla biz Azərbaycanda Rusiya İlinin təntənəli bağlanışı mərasimini keçirəcəyik. Lakin biz bunu bağlamırıq, əksinə, humanitar əməkdaşlığın inkişafına əlavə təkan veririk. Bu gün biz 2009-cu ilədək humanitar əməkdaşlığın inkişafı haqqında birgə sənədlər imzaladıq, Moskvada Bakı, Bakıda isə Moskva günləri keçirməyi planlaşdırırıq. Bir sözlə, bütün səviyyələrdə əlaqələr genişlənir dərinləşir, biz əməkdaşlığın, faktik olaraq, keyfiyyətcə yeni səviyyəsinə keçirik.
Bu gün hər iki tərəf əlaqələri inkişaf etdirmək, onları neft, qaz, elektroenergetika sahələri ilə məhdudlaşdırmamaq, sənayedə, iqtsadiyyatın başqa sahələrində kooperasiyanın yeni səviyyəsinə çıxmaq arzusunda olduğunu bildirdi. Biz bunu ikitərəfli münasibətlərin inkişafı, ümumən, regional qlobal problemlərin həlli naminə etməyə qadirik.
İLHAM ƏLİYEV: Sağ olun. Mənim çoxlu salamımı ən xoş arzularımı Vladimir Vladimiroviçə çatdırın. Moskvadakı görüşümüz həmişəki kimi çox konstruktiv, dostluq səmimilik şəraitində keçdi. İkitərəfli əməkdaşlığın bir çox mühüm məsələlərini müzakirə etdik. Biz bütün istiqamətlərdə müsbət irəliləyiş olduğunu görürük.


Xalq qəzeti.-2006.-5 dekabr.-S.1.