Milli Dram Teatrında

"Oyuncaq ev"ə ictimai baxış olub

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük dramaturq Henrix İbsenin 100 illik yubileyilə bağlı onun "Oyuncaq ev" əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib.

APA-nın məlumatına görə, tamaşanın quruluşcu rejissoru Bəhram Osmanov, rejissor köməkçisi Rəfiqə Musayevadır. Tamaşada əsas rolları Sənubər İsgəndərli, Abbas Qəhrəmanov, Füzuli Hüseynov, Cəfər Namiq Kamal, Ziba Ramazanova ifa edirler. "Oyuncaq ev" tamaşasının premyerası dekabrın 13-ü 14-də keçiriləcək.

 

525-ci qəzet.- 2006.- 8 dekabr.- S.7.