Mükərrəmoğlu M.
Xatırlama
Akademik Milli Dram Teatrında xalq artisti Məlik Dadaşovun
xatirəsi yad edildi
Mənə belə gəlir ki, böyük
sənətkarların tez-tez yad edilməsi bir neçə
baxımdan əhəmiyyətlidir. Əvvəla,
onların sənət
yolu bütöv bir dövrü təşkil etdiyindən,
həmin dövr xatırlanır, teatrımızın,
kinomuzun, rəssamlıq
və ya musiqi sənətimizin tarixinə bir ekskurs edilir. Digər tərəfdən,
mənəvi yaddaşımız
möhkəmlənir. Yeni
gələn nəsillər
böyük sənət
nümunələri ilə
qarşılaşdıqca öz
xalqının yaxın,
uzaq keçmişinə
səyahət edir, nə isə öyrənir və s. Bu baxımdan
dünən Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Akademik Milli Dram Teatrında
Məlik Dadaşovun xatirə gününün
qeyd olunması əhəmiyyətli tədbirdir.
Tədbir öz yerində. Yəni, ənənəvi olaraq, Məlik müəllim haqqında danışdılar,
onun ifaçılıq
sənəti yad edildi, filmlərindən fraqmentlər göstərildi
və s.
Əslində kim idi Məlik Dadaşov? Bu sualı cavablandırmaq, məncə, bir məqaləyə sığmaz.
Çünki, bu böyük sənətkarın
həyat və sənət yolu o qədər zəngindir ki, onu hətta bir monoqrafiyaya sığışdırmaq belə
çətindir. Bu yazıda onun sənət yolunun bəzi məqamlarına qısa nəzər salmaq istədik.
Məlik müəllim
1924-cü il iyun ayının 27-də Bakıda anadan olmuşdu. Elə Bakıda orta təhsil almış, Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdu.
Ağır müharibə
yolu keçmiş və sonra Gənc
Tamaşaçılar Teatrında
aktyor kimi fəaliyyətə başlamışdı.
Sonra isə işləmək üçün
onu Zaqatala Dövlət Teatrına göndərmişdilər. Oradan
qayıtdıqdan sonra
isə uzun müddət Akademik Milli Dram Teatrında
çalışmış, 1989-cu ildən 1991-ci ilədək
Rus Dram Teatrında direktor vəzifəsində işləmişdir.
Bunlar Məlik Dadaşovun tərcümeyi-halının qısa xülasəsidir. Əslində
isə bu illər onun sənət yolu üçün olduqca məhsuldar və yaddaqalan olmuşdur. “Fərhad və Şirin”, “On ikinci gecə”, “Maqbet”, “Ölülər”,
“Sənsiz”, “Fırtına”,
“Vaqif”, “Közərən
ocaqlar” və onlarla səhnə əsərlərində əksər
vaxt baş rolları ifa etmişdi. Rejissorlar ona çılğın,
yüksək səviyyədə
emosional rolları həvalə edirdilər.
Kinoda isə “İyirmialtılar” filmində
ilk böyük işini yaratmışdı.
1966-cı ildə kinorejissor Əjdər İbrahimov ona bu filmdə Məşədi Əzizbəyovun
rolunu həvalə etmişdi. Başlanğıc
üçün maraqlı
iş idi. Məlik Dadaşov bu insanın həyat və fəaliyyətini dərindən öyrənmiş,
ona görə də obrazını sevərəkdən, bütün
qəlbi, ruhu ilə yaratmağa səy göstərmişdi.
Üç il sonra yenidən kinoya qayıdan aktyor “Dəli Kür” filmində Molla Sadığı oynamalı oldu. Çox çətin obraz idi. Molla
Sadıq iti adamdır, hər şeydən baş çıxarmağı bacarırdı
və elə burada baş verən hadisələrin baiskarı da o özüdür. Bəli, yaxşı deyirlər ki, “iki qoçun başı, bir qazanda qaynamaz”. Çahandar ağa ona istədiklərini həyata keçirməyə
imkan vermirdi və nəhayət, ondan da qisasını
ala bildi. Cahandarın bacısı Şahnigar ona bu işdə yardımçı oldu və beləliklə o öz muradına
çatdı. İndi
daha ona qaşın üstə gözün var deyən olmayacaq.
Məlik Dadaşov Molla Sadığın obrazını elə ustalıqla yaradıb ki, doğrudan da, onun oyun
tərzinə heyran qalırsan. Qəmlo isə onun kino
yaradıcılığının zirvəsidir. Bu obraz elə bil onun əyninə
biçilmişdi. “Axırıncı
aşırım” filmindəki
Qəmlo Azərbaycan kinosunun çox qiymətli obrazlarındandır.
Bu obrazın öz daxili dünyası, öz aləmi var.
Təəssüf ki, onun bu rolu
Ümumittifaq kinofestivalında
dəyərincə qiymətləndirilmədi.
Filmdə yalnız Həsən Məmmədov
və Adil İsgəndərov “kişi
rolunun ən yaxşı ifasına görə” mükafatlandırıldılar.
Qəmlonun ifaçısının
mükafatı isə
tamaşaçı sevgisi,
məhəbbəti oldu.
“Atayevlər ailəsi”
televiziya tamaşasına
baxanlar, yəqin ki, bu aktyorun
ən uğurlu işlərindən birinin
şahidi olublar. O, Atayevin obrazını yaradarkən elə psixoloji cizgilər tapa bilib ki,
bu hər aktyora nəsib olan hal deyil.
Məlik Dadaşov həmişə mürəkkəb,
psixoloji cəhətdən
gərgin vəziyyətlər
keçirən qəhrəmanların
rollarını ifa edirdi. O, bəzən sifətindəki adi cizgilərlə böyük
mətləblər “danışırdı”.
Onun qəhrəmanları
olduqca çılğın,
bəzən güzəştə
getməyən obrazlardır.
O, əsl mənada dramatik aktyor idi və rollarında
qəribə özünəməxsusluq
var idi. “Bizim küçənin oğlanları”nda Əbdül, “Mezazoy əhvalatı”nda Bədirov, “Gözlə məni”də Cabbar bəy, “Birisigün gecəyarısı”nda Nərimanov kimi rolları ilə kinomuzda da öz sözünü
deyə bildi.
Məlik Dadaşov son vaxtlar iki
filmdə — “O dünyadan
salam” və “Fəryad” kinolentlərində
yaddaqalan obrazlar yaratmışdı. “Fəryad”dakı erməni rolu əsl mənada
düşmən obrazıdır.
Bu rolun aktyor həlli olduqca uğurludur.
Məlik Dadaşov hansı rolu oynayırdısa, onu öz daxili dünyasının ziyası
ilə işıqlandırırdı.
Rolları olduqca güclü, dəyanətli
obrazlardır. Məlik Dadaşov
bu xalqın böyük hörmət və məhəbbətini
qazanmışdı. Ona
xalq artisti fəxri adı verilmiş, Dövlət mükafatına layiq görülmüşdü.
Düz on il bundan əvvəl
onlarla səhnə qəhrəmanlarını canlandırdığı
teatr səhnəsində
məşq zamanı
dünyasını dəyişdi.
Məlik müəllimin
işıqlı xatirəsi
onu sevən, sənətini uca tutan bu xalqın
yaddaşından heç
zaman silinməyəcək
Xalq qəzeti.- 2006.- 22 dekabr.- S. 8.