Altay Xəzər

 

 

"Azərbaycanda Rusiya ili"  başa çatdı

İlham Əliyev: "Azərbaycanla Rusiya arasında əlaqələr yeni mərhələyə qədəm qoyur"

 

 Dünən prezidcnt İlham Əliyevin Rusiyanın baş naziri Mixail Fradkovla keçirdiyi gorüşdə iqtisadi amakdaşlıq, ticarət mədəniyyət sahəlarində ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan prezidenti ikitərəfli münasibətlərin dərinlaşməsindən razı qaldığını onun gələcəkdə möhkəmləndirilməsinin vacibliyini bildirib. "Azərbaycanda Rusiya ilinin başa çatdığını bildirən dövlət başçısı iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyib: "Əslinda Azərbaycanda Rusiya ili çərçivəsində tədbirlər formal baxımdan başa çatıb. Mən Moskvaya son səfərim zamanı cənab Vladimir Putinə bildirdim ki, ölkələrimiz arasında əlaqələr bundan sonra yeni mərhələyə qoyur: ticarət dövriyyəsi artır, mədəni əlaqalər daha da genişlənir. Əminəm ki, əməkdaşlıqda nəzərə çarpan bu pozitiv tendensiyalar bundan sonra daha da inkişaf edəcək".

Səmimi qəbula göra prezidentə təşəkkür edən Fradkov Azərbaycanla Rusiya arasında iqtisadi, siyasi mədəni əməkdaşlığın genişləndiyini bildirib: "Biz ölkələrimiz arasındakı əməkdaşlığın genişlənməsi üçün bütün imkanlardan istifadə etməliyik. İqtisadi amakdaşlıq təkcə neft qaz sektorunda irimiqyaslı əlaqələrin genişlənməsi ilə məhdudlaşmayacaq, biz iqtisadiyyatın digər sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturuq".

Fradkov Azərbaycanda Rusiya ili çərçivəsinda son dərəcə möhtəşəm tədbirlər keçirildiyini, mədəni sahədə əməkdaşlığın inkişafı üçün zamin yarandığını vurğulayıb. O, əlaqələrin genişlənməsi üçün mədəni-humanitar sahəda birgə sənədin imzalanacağını bildirib. Yeni sənəddə 2009-cu ilə kimi iki ölkə arasında mədəniyyət sahəsini əhatə edən tədbirlər planı öz əksini tapacaq.

Günün sonunda isə Opera Balet teatrında prezident Əliyev baş nazir Fradkovun iştirakı ilə "Azərbaycanda Rusiya ili"nin təntənəli bağlanış mərasimi keçirildi.

Tədbirdə çıxış edən Azərbaycanın baş naziri Artur Rəsizadə 2006-ci ili ölkələrarası əmakdaşlıq baxımından "çox uğurlu" adlandırı Fradkov da bu ili ökesi üçün çox önəmli" olduğunu vurğuladı bildirdi ki, bu il Rusiya Azərbaycanla dost olduğunu bir daha sübut edə bilib.

Tədbirin bədii hissəsində Rusiyanın Böyük Teatrının solisti, xalq artisti Sergey Filin, əməkdar artist Dmitri Budanov, əməkdar artist Anna Antoniçeva da çıxış etdilər.

 

Ekspress.- 2006.- 5 dekabr.- S. 2.