SSRI Xalq artisti Y.N. Qriqoroviçə

 

                         Hörmətli Yuri Nikolayeviç!

 

Sizi  zamanımızın görkəmli baletmeysterini 80 illik yubileyiniz münasibaətilə təbrik edir, Sizə xöşbəxtlik, can sağlıgı va firəvanlıq arzulayıram.

Nadir istedadınız, yaradıcılıq enerjiniz va əzmkarlığınız Sizi XX əsrin balet sənətinin ən məşhur simalarından birinə çevirmişdir. Müasir rəqsə yanaşma tərziniz istər klassik, istərsə də müasir tamaşalara yeni görünüş vermişdir.

Arif Məlikovun təxminən oynanan əsr əvvəl Sizin tərəfinizdən tamaşaya qoyulmuş "Məhəbbət əfsanəsi" baleti dünya incəsənəti xəzinəsinə həmişəlik daxil olmuşdur. Misilsiz xoreoqrafiyanızda Arif Məlikovun musiqisi və Nazim Hikmətin librettosu indi də qəlbləri fəth edən ecazkar bir ahəngdarlıq yaratmışdır. Diqqətə layiq haldır ki, tamaşanı bu quruluşda göstərən dünya teatrlarının bir çoxu onu indiyədək öz repertuarında saxlayır.

Siz balet tarixin novator kimi daxil olmusunuz. Gənclərin Sizinlə işləməyə va Sizdən öyrənməyə daim can atması sübut edir ki, Siz bu gün də müasirliyin nəbzini duyan ustad olaraq qalırsınız. Əminəm ki, bənzərsiz yaradıcılıq dəst-xəttiniz həm gələcək işlərinizdə, həm də yetirmələrinizin yaradıcılığında öz əksini tapacaqdır.

Sizə ən xoş arzularımı bildirirəm.

Hörmətlə, İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 dekabr 2006-ci il.

 

Azərbaycan.- 2006.- 29 dekabr.- S. 1.