Uğur

 

 

Qobustan muzeyinin nəzdində fəaliyyət göstərən "Qobustan" rəqs ansamblı 1996-cı ildə yaradılıb. O zaman 50 istedadlı uşaq yeniyetməni ətrafına toplayan bu kollektiv (rəhbəri rəqqasə Afaq Hüseynovadır) indi öz üzvlərinin sayını xeyli artırmışdır.       

Ötən illər ərzində "Qobustan" bir sıra bayram tədbirlərində, şənliklərdə iştirak  etmiş, rəngarəng proqramlarla tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır. Ansambl üzvləri  böyük  həvəslə ifa etdikləri "Dilşadi", "Nəlbəki", "Yallı" kimi rəqslərlə Türkiyə səfərində olmuşlar. "Qo­bustan" bir neçə milli, ritual rəqslərə klip çəkdirib. Həmin kliplərin videokasetləriCikaqo-Azəri TV” numayiş etdirilib. Hörmətli dinləyicilər, maraqlı yaradıcılıq yolu keçmiş "Qobustan" ansamblının nailiyyətləri ilə dekabrın 8-də saat 21-də efirdə səslandiriləcək "Uğur" proqramında yaxından tanış olacaqsınız.

 

Ekran Efir.- 2006.- 4-10 dekabr.- S. 5.