Baletimizin canlı
korifeyi
Tamilla şirəliyevanin
60 illlk yubileyi qeyd olundu
Dekabrın 7-də Ölkə Prezidenti İlham Əliyev respublikanın xalq artisti Tamilla Şirəliyevaya
balet sənətimizin inkişafındakı xidmətləri və 60 illik yubileyilə bağlı "Şöhrət" ordeninin
verilməsi haqda sərəncam imzalayıb. Dünən isə Azərbaycan Dövlət Opera və Balet Teatrında Tamilla xanımın yubileyi qeyd olunub. Əmakdar incəsənət xadimi, Opera və Balet Teatrının direktoru Akif Məlikov Tamilla xanımın dünyanın müxtəlif ölkələrində Azərbaycan xoreoqrafiya sənətini təbliğ etməsindən və xoreoqrafiya məktəbinin inkişafındakı xidmətlarindən söz açıb.
Rima İsgəndərova, Gülağası Mirzəyev, İslam İslamov və başqa sənət adamları yubilyarın teatr səhnəsindəki yaradıcılıq fəaliyyətindən danışaraq, onu milli baletimizin
canlı korifeyi kimi dəyərləndiriblər.
Tamilla Şirəliyeva ona göstərilən diqqət və qayğıya görə dövlət başçısına və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib. Qeyd edək ki, 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1969-cu ildə isə SSRİ xalq artisti S.N.Qolovkinanın sinfini bitirən Tamilla xanım
1964-1989-cu illərdə Azərbaycan Dövlət
Akademik Opera Balet Teatrının Truppasında çalışaraq,
aparıcı solistlərdən olub. 25 illik səhnə
fəaliyyəti dövründə isə Əfrasiyab
Bədəlbəylinin "Qız qalası"nda
Gülyanaq, Qara Qarayevin “Yeddi
gözəl”ində Aişə, "ildırımlı yollar"da
Fietta, Fikrət Əmirovun "Min bir gecə"sində
Şəhrizad, Arif Məlikovun “Məhəbbət
əfsanəsi”inda Mehmanə-Banu, Niyazinin “Çitra”sında
Çitra, Pyotr Çaykovskinin "Qu gölü"ndə
Obetta-Odiliya, "Yatmiş gözəl"ində Mavi quş
və digər balet əsərlərində əsas
rolların ifaçısı olub. Tamilla xanım milli balet
sənətimizi İtaliya, Fransa, Almaniya, Polşa, Rusiya və
dünyanın bir sıra ölkələrində təmsil
edib. 15 ildir ki, Opera və Balet Teatrında quruluşcu
baletmeyster kimi çalışır. Bununla yanaşı,
hazırda Bakı Xoreoqrafiya Məktəbinin bədii
rəhbəridir.
Yeni Azərbaycan.- 2006.- 9 dekabr.- S.8.