Nəzakət

 

Tamilla Şirəliyeva "Şöhrət" ordeni ilə təltif olunub

Sənətkar ad gününü səhnə dostları arasında keçirdi

 

Bildiyimiz kimi, dekabrın 7-də ölkə Prezidenti İlham Əliyev respublikanın xalq artisti Tamilla Şirəliyevanın 60 illik yubileyi ilə əlaqədar olaraq, ona "Şöhrət" ordeninin verilməsi haqda sərəncam imzalamışdır. Azərbaycan balet sənətinin inkişafındakı xidmətlərinə görə, hər zaman yüksək tutulan Tamilla Şirəliyeva dünyanın müxtəlif ölkələrində Azərbaycan xoreoqrafiya sənətini təbliğ etmişdir. Belə bir sənətkarın yu­bileyi ilə əlaqədar dünən Azərbaycan Dövlət Opera Balet Teatrında tədbir keçirildi.

Tədbiri giriş sözü ilə əməkdar incəsənət xadimi, Opera Balet Teatrının direktoru Akif Məlikov açaraq, Tamilla Şirəliyevanın Azərbaycan xoreoqrafiya məktəbinin inkişafındakı xidmətlərindən söz açdı. Uzun illər bu sahədə çalışan uğurlar əldə edan sənətkar respublikanın xalq artisti, SSRİ dövlət mükafatı laureatı, prezident təqaüdçüsüdür. O, 1946-cı ilin 8 dekabr tarixində dünyaya galmiş,

1964-cü ildə Bakı Xoreoqrafiya Mək­təbinin, 1969-cu ildə isə SSRİ xalq artisti S.N.Qolovkinanın sinfini bitirmişdir. 1964-1989-cu illərdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının truppasında çalışmış, truppanın aparıcı solistlərindən olmuşdur. O, 25 illik səhnə fəaliyyəti dövründə Əfrasiyab Bədəlbəylinin "Qız qalası"nda Gülyanaq, Qara Qarayevin "Yeddi gözəl"ində Aişa, "İldırımlı yollarla"ında Fietta, Fikrət Əmirovun "Min bir gecə"sində Şəhrizad, Arif Məlikovun "Məhəbbət əfsanəsi"ndə Mehmanə-Banu, Niyazinin "Çitra"sında Çitra, Pyotr Çaykovskinin "Qu gölü"ndə Obetta-Odiliya, "Yatmış gözəl"ində Mavi quş digər balet əsərlərində əsas rolların ifaçısı olmuşdur.

Milli balet sənətimizi dünya­nın müxtəlif ölkələrində - İtaliya, Fransa, Almaniya, Polşa, Rusiya, Mərakeş, Hindistan, Birma, Şri-Lanka s. məkanlarda təmsil etmişdir. 1989-cu ildə ba­let artisti kimi fəaliyyətini başa vuran Tamilla Şirəliyeva artıq 1990-cı illərin əvvəllərində baletmeysterlik fəaliyyətinə başlamış 15 ildir ki, Opera Ba­let Teatrında quruluşcu balet-meysteri kimi çalışır. Bu gün Ba­let truppasının əldə etdiyi uğurlarda Tamilla Sirəliyevanın xüsusi payı vardır.

Teatrın son illərdə həyata keçirdiyi bu tamaşaların - Tofiq Bakıxanovun "Xəzər balladası", Aqşin Əlizadənin "Qafqazda səyahət", Niyazinin "Rast" baletlərinin quruluşcu baletmeysteridir. Bütün bunlarla yanaşı, dünya klassik balet nümunələri olan "Paxita", "Şopenian" baletlərini yeni redaksiyada bərpa etmişdir.

Tamilla Şirəliyeva bütün bunlarla yanaşı, yaradıcılıq imkanlarının genişliyini nəzərə alaraq, pedaqoji fəaliyyət göstərir. O, hazırda Bakı Xore­oqrafiya Məktəbinin bədii rəhbəridir. Opera Balet Teatrın­da balet ifaçısı kimi fəaliyyət göstərən sənətkarların əksər hissəsi Tamella xanımın yetirmələridir.

Tədbirdə çıxış edən teatrın truppa mudiri Tamilla xanım, aparıcı solistlər olan Gülağa Mirzəyev, Rima İsgəndərova, İslam İslamov digərləri Ta­milla Şirəliyevanın teatr səhnəsindəki geniş yaradıcılıq faaliyyətindən söz afib, onun milli ba­let sənətinin canlı korifeyi kimi qiymətləndirdilər. Bütün bunlar­la yanaşı, çıxış edənlər sənətkarın insani dəyərlərinə diqqət yönəltdilər. Eyni zamanda, 60 illik yubiley tədbirini sənət dostları arasında qeyd edən Tamilla Şirəliyevanın ölkə Pre­zidenti tərəfindən ən ali mükafatla, "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edib, ona cansağlığı arzuladılar.

Çıxışlar sona yetdikdən sonra, Tamilla Şirəliyeva ölkə Pre­zidenti tərəfindən ona göstərilən diqqət qayğıya görə, dövlə başçısına səmimi minnətdarlığını bildirdi. O, tədbirdə  iştirak edən ünvanına səmimi fikirarsni ifada edən sənət dostlarına da ürəkdolusu minnətdarlıq hisslərini çatdırdı.

Qeyd edim ki, tədbirdə iştirak edən  Tamilla Şirəliyevanın yetirmələri öz ustadlarını gül-çiçək dəstələrinə qərq edib. Ona rəmzi məna daşıya balet ifaçısının fiqurunu da təqdim etdilər.

 

Səs.- 2006.- 9 dekabr.- S.12.