Opera Balet Teatrında Azərbaycanda Rusiya ilinin təntənəli bağlanış mərasimi keçirildi

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında Azərbaycanda Rusiya ilinin təntənəli bağlanış mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Mərasimi Rusiya hökumətinin sədri Mixail Fradkov açaraq dedi ki, son iki il Rusiya-Azərbaycan münasibətləri tarixində xüsusilə mühüm illərdir. Milli illər mubadiləsi ideyasını prezidentlər İlham Əliyev Vladimir Putin irəli sürmüşlər. Bu illərin keçirilməsi çoxəsrlik dostluq mehriban qonşuluq ənənələrinin möhkəmlənməsinə Rusiya Azərbaycan xalqlarının dərin səmimi marağının parlaq təzahürü olmuşdur. Həyata keçirilmiş tədbirlər iki dövlətin zəngin potensialını nümayiş etdirdi. Gələcək çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün bu potensialdan istifadə etmək lazımdır.

Mixail Fradkov Azərbaycanda Rusiya ilinə yekun vuraraq dedi: "Biz dost Azər­baycan xalqına müasir Rusiyanın maksimum tam mənzərəsini təqdim etməyə, onun siyasi, iqtisadi, humanitar sahələrdə nailiyyətlərindən danışmağa çalışdıq". M.Fradkov xatırlatdı ki, il çərçivəsində bir sıra mühüm maraqlı tədbirlər həyata keçirildi. Bu tədbirlərin müvəffəqiyyəti xeyli dərəcədə Azərbaycanda rus mədəniyyətinə, dilinə ədabiyyatına böyük maraqla şərtlənmişdir. Bu, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü Azərbaycan dövlətinin başçısı İlham Əliyevin himayədarlığı ilə Bakıda keçirilmiş Rus kitabının birinci beynəlxalq festivalının gedişində öz təsdiqini tapmışdır. Rusiya ili çərçivəsində Azərbaycan tamaşaçıları dünya şöhrətli yaradıcılıq kollektivləri ilə görüşmək imkanı qazandılar. İdman, gənclər

qeyri-hökumət təşkilatlarının qarşılıqlı əlaqələri gücləndi.

RF hökumətinin başçısı Rusiya ilinə istər öz ölkəsinin, istərsə Azərbaycan tərəfinin göstərdiyi informasiya dəstəyini yüksək qiymətləndirdi. Vurğuladı ki, Milli İllərin keçirilməsi zamanı qarşıya qoyulmuş məqsədlərə birbaşa insani ünsiyyət yaradılması, iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma dostluğun möhkəmlənməsi məqsədlərinə nail olunmuşdur. O, Azərbaycan Prezidentinə, Baş nazirə ölkəmizdə Rusiya ili­nin belə yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyənlərə təşəkkür etdi. Mixail Fradkov dedi: "Biz Milli illər çərçivəsində yaranmış, dostluq əməkdaşlıq mühitinin gələcəkdə saxlanılması başqa formatda davam etdirilməsi barədə Azərbaycan Prezidentinin ideyasını alqışlayırıq". O, Azərbay­can xalqına firavanlıq, sülh tərəqqi, Azərbaycan-Rusiya əlaqələrinə isə yeni-yeni nailiyyətlər perspektivlər arzuladı.

Azərbaycanın Baş naziri Artur Rəsizadə çıxışında bildirdi ki, Azərbaycan Rusiya prezidentləri İlham Əliyev Vladimir Putinin Rusiyada Azərbaycan ilinin Azərbaycanda Rusiya ilinin keçirilməsi barədə təklifi iki ölkənin ictimaiyyəti yaradıcı kollektivləri tərəfindən geniş dəstəklənmişdir. A.Rasizadə dedi: "Ötən il biz Rusiyada Azərbaycan ilinin uğurla keçməsinin şahidi olduq. Bu gün isə böyük razılıq hissi ilə qeyd edirik ki, Azərbaycanda Rusiya ili ölkələrimiz xalqlarımız arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edən parlaq, əlamətdar hadisələrlə dolu tədbir olmuşdur. Fevralın 21-də Bakıda Rusiya ilinin təntənəli açılışı zamanı iki ölkə prezidentlərinin verdikləri ümumi əhval-ruhiyyə ilə başlanan Azərbaycan­da Rusiya ili respublikamızın həyatında mühüm ictimai-siyasi hadisəyə çevrilmi§dir".

Artur Rəsizadə vurğuladı ki, Azərbay­can ilə Rusiyanı qədim tarixə malik qarşılıqlı münasibətlər birləşdirir. Xalqlarımız bütün dövrlərdə bir-birinə səmimi hisslər bəsləmişlər çox mühümdür ki, bizi birləşdirən müsbət varsa, qorunub saxlanmış inkişaf etdirilmişdir. iki ölkə arasındakı münasibətlər ilbəil daha da dinamik məzmunlu xarakter kəsb edir. Dövlətlərimiz münasibətlərini strateji tərəfdaşlıq ruhunda qurur ki, bu da qonşular arasında əməkdaşlığın necə olmasına yaxşı nümunədir.

Artur Rəsizadə Azərbaycanda Rusiya ilinin keçirilməsində fəal iştirakına görə Rusiya tərəfinə təşəkkürünü bildirdi.

Rəsmi hissədən sonra Rusiya balet ustalarının iştirakı ilə böyük konsert oldu. Konsert proqramına rus va Qərbi Avropa bəstəkarlarının baletlərindən parçalar daxil edilmişdi. Böyük Teatrın Mariya Teatrının məşhur artistlərinin hər bir çıxışını hərarətlə qarşılayan tamaşaçılar müasir rus balet məktabinin parlaq nümayəndələrinin ustalığına heyranlıqlarını sürəkli alqışlarla ifadə etdilər.

 

Azərbaycan müəllimi.- 2006.- 8 dekabr.- S.1.