Rusiya hökuməti sədrinin şərəfinə

 

Dekabrın 4- "Ulduz" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya hökumətinin sədri Mixail Fradkovun şərəfinə qəbul təşkil edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev RF hökumətinin sədri Mixail Fradkov qəbulda nitq söylədilər.
Dövlətimizin başçısı Rusiya nümayəndə heyətinin üzvlərini salamlayaraq vurğuladı ki, 2005-ci ildə Rusiyada Azərbaycan İli kimi, Azərbaycanda Rusiya İli rəngarəng, parlaq zəngin keçdi. Prezident İlham Əliyev dedi: "Bu gün baxdığımız gözəl konsert bu İlin layiqli sonluğudur". O bildirdi ki, bütün il ərzində tədbirlər keçirildi, onlar iki ölkənin xalqlarını yaxınlaşdırdı, fəal siyasi dialoq getdi, iqtisadi əməkdaşlıq, inteqrasiya əlaqələri inkişaf etdi. Dövlətimizin başçısı dedi: "Söz yox ki, bu İl qarşılıqlı əməkdaşlığın potensialını daha da inkişaf etdirdi". O, "dövlətlər arasında əməkdaşlığın gələcəkdə qarşılıqlı hörmətə, qarşılıqlı faydaya qarşılıqlı yardıma əsaslanması" üçün iki ölkənin, xalqların, regionda sülh təhlükəsizlik naminə Azərbaycan Rusiyanın strateji tərəfdaşlığının birgə səylərlə daha da inkişaf edəcəyinə ümid bəslədiyini söylədi.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda Rusiya İli iki ölkə xalqlarının rəhbərliyinin əməkdaşlığı inkişaf etdirmək iradəsini bir daha göstərdi. Dövlətimizin başçısı dedi: "Malik olduğumuz nəticələr - ikitərəfli ticarətin genişlənməsi, əmtəə dövriyyəsinin artması, gələcək iqtisadi əməkdaşlıq üçün çox böyük əhəmiyyəti olacaq məsələlərin həlli - bunlar hamısı münasibətlərimizin yalnız üzdə olan hissəsidir". O əmin olduğunu bildirdi ki, gələcək hadisələr ikitərəfli əlaqələrin inkişafı ilə əlamətdar olacaqdır. Azərbaycan Prezidenti dedi: "Ürəklərimizdə Rusiya İli sona yetmədi, o, davam edəcək əminəm ki, xalqlarımız arasında daha sıx qarşılıqlı əlaqəyə gətirib çıxaracaqdır".
Rusiya hökumətinin başçısı Mixail Fradkov səmimi qəbula görə Azərbaycan Prezidentinə azərbaycanlı həmkarına təşəkkür edərək dedi: "Biz hiss edirik ki, dostlarımız arasındayıq. Belə demək üçün kifayət qədər çoxlu əsas var. Bu, təkcə səmərəli əməkdaşlığımızın deyil, həm münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək perspektivlərini görməyin nəticəsidir". Onun fikrincə, Rusiyada Azərbaycan İlini tamamlayan Azərbaycanda Rusiya İli ikitərəfli əməkdaşlığı gələcəkdə inkişaf etdirmək üçün yaxşı zəmindir.
M.Fradkov prinsipial razılaşmaları rəhbər tutaraq lazımi ikitərəfli potensiala malik olaraq, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri genişləndirmək dərinləşdirmək yolu ilə irəliləmək üçün qarşılıqlı niyyət olduğunu bildirdi. Rusiya hökuməti sədrinin sözlərinə görə, bu niyyətlər Azərbaycanın Baş naziri ilə danışıqlarda da, ölkə Prezidenti ilə görüşdə öz təsdiqini tapdı

 

Azərbaycan.-2006.-5 dekabr.-S.1.