Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli fərmanlarına dəyişiklik əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1."Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹4, maddə 244; 2002-ci il, ¹1, maddə 14; 2005-ci il, ¹7, maddə 596; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 466 nömrəli Fərmanı) 2-ci bəndində:
1.1. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.2. bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin: “həmin Qanunun 36-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş ”müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.".
2. Tarix mədəniyyət abidələrinin qorunması haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹6, maddə 386; 2002-ci il, ¹1, maddə 14; Azərbaycan Respublikası Prezidentinin 2006- il 27 sentyabr tarixli 466 nömrəli Fərmanı) 2-ci bəndində:
2.1. beşinci abzasdaMədəniyyət Turizm Nazirliyisözlərindən sonra “, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi" sözləri əlavə edilsin;
2.2. onuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.3. bəndə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin: “həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 20-ci maddəsinin birinci ikinci hissələrində, 21-ci maddəsinin ikinci üçüncü hissələrində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.".
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2006- il.

 

Xalq qəzeti.-2006.-2 dekabr.-S.3.