Turanə

 

Azərbaycanda Rusiya İlinə yekun vuruldu

 

Ölkələrimiz arasında əməkdaşlıq ildən ilə inkişaf edir

 

Dünən Azərbaycan Akademik Opera Balet Teatrında rəsmi açılışı fevralın 21-də baş tutan Azərbaycanda Rusiya İlinin təntənəli bağlanışı oldu. Məlumat üçün deyək ki, açılışda Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıya səfər etmişdi. Rusiyada Azərbaycan İlinin bağlanışından sonra qərara alınmışdı ki, cari il Azərbaycanda Rusiya İli elan olunsun bu layihə çərçivəsində müxtəlif tədbirlər həyata keçirilsin.

Qarşılıqlı razılaşmadan hər iki ölkənin prezidentlərinin görüşündən sonra Azərbaycanda Rusiya İlinə start verildi. Rusiyanın ayrı-ayrı bölgələrinin mədəniyyət günləri çərçivəsində I Beynəlxalq Kitab Festivalının reallaşması ilə yanaşı, Çelyabinsk, Sankt-Peterburq digər özünəməxsus mədəniyyət tarixinə malik olan şəhərlərin kollektivləri Azərbaycana gəldilər. Azərbaycana səfər etmiş Rusiya şəhərlərinin rəsmi şəxsləri incəsənət adamlarının qarşılıqlı görüşləri bu bir il ərzində uğurlu nəticələrlə sonuclandı. Rusiya İlinin mədəniyyət günləri çərçivəsində M.F Axundov adına milli kitabxanada dəyirmi masalar, sərgilər, Səttar Bəhlulzadə adına sərgi Salonunda Rusiya rəssamlarının əsərlərinin nümayişi, Yeseninin ev muzeyində şairin 111 illik yubileyi qeyd olundu. Dövlət Filarmoniyasında, Bakı Slavyan Universitetində incəsənət ustaları, tanınmış ədəbiyyatşünasların iştirakı ilə bir sıra tədbirlər həyata keçirildi.
Dünən isə, bir-birindən maraqlı tədbirlərlə dolu bir ilə yekun vuruldu. Tədbirdə ilk öncə Rusiya Federasiyası hökumətinin sədri Mixail Fradkov Azərbaycanın baş naziri Artur Rəsizadə nitq söylədilər.
Rusiya Federasiyası hökumətinin sədri çıxışında Rusiyada Azərbaycan, eləcə Azərbaycanda Rusiya ilinin gerçəkləşməsinin son dövrdə iki ölkə arasında önəmli mədəni hadisə olduğunu diqqətə çatdırdı. Qardaş ölkələr arasında belə tədbirlərin reallaşması siyasi, eləcə mədəni əlaqələri daha da möhkəmlədir. Azərbaycanda Rusiya İli çərçivəsində çalışdıq ki, qardaşlarımıza günbəgün inkişafda olan ölkəmizin tarixini, incəsənətini çatdıraq. Əgər ölkələrimizin milli-mədəni dəyərləri haqda mədəniyyət günləri çərçivəsində yeni öyrəndiklərimiz oldusa bu, hər iki ölkənin uğurudur. Bu uğurdan gələcək əməkdaşlığımızda səmərəli şəkildə yararlanacağıq. Bu il əhatə etdiyi vaxt ərzində nəinki incəsənət adamlarının, eləcə siyasətçilərin elm xadimlərinin birgə əməkdaşlığına təkan verib. Mən Rusiya İlinin belə yüksək səviyyədə reallaşması üçün bütün əməyi keçən şəxslərə, xüsusilə ölkə başçısı İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm”.
Azərbaycan Respublikasının baş naziri Artur Rəsizadə ölkə prezidenti cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində qonşu Rusiya ilə əməkdaşlığın ildən-ilə inkişaf etdiyini söylədi Azərbaycan Respublikasında rus mədəniyyətinə dilinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırdı.
Rəsmi hissədən sonra konsert möhtəşəmLazer şou”su ilə vüsət aldı. Rejissorluğu Yekaterina Qalanovaya aid möhtəşəm gecədə Rusiya balet səhnəsinin peşəkar ünlü simaları Dmitriy Simeonov Natalya Soloqub, Denis Medvedev Anastasiya Yaçenko, Serqey Filin Marianna Rıjkina, Dmitriy Qudanov Anna Antoniçeva çıxış edərək tamaşaçıların alqışlarını qazandılar. On beşə yaxın balet ustasının iştirak etdiyi proqrama ÇaykovskininŞelkunçik”, Sen-Sansın “Samson Dalila”, Minkusun “Don Kixot”, PunininFironun qızı digər klassiklərin həmişəyaşar əsərlərindən parçalar daxil edilmişdi.


Yeni Azərbaycan.-2006.-5 dekabr.-S.6.