Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Mədəniyyət İnformasiya naziri İyad ibn Əmin əl-Mədəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini əməkdaşlığımızın yüksək səviyyədə olduğunu bildirdi. O, Səudiyyə Ərəbistanına son illər ərzində etdiyi səfərləri keçirdiyi görüşləri məmnuniyyətlə xatırlatdı. Prezident İlham Əliyev nazirin bu səfərinin ölkələrimiz arasında mədəniyyət informasiya sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.
İyad ibn Əmin əl-Mədəni Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Azərbaycana səfəri barədə dövlətimizin başçısına məlumat verərək, göstərilən qonaqpərvərliy
ə görə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan qonaq humanitar mədəniyyət sahələrində əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi onun da salamlarını Krala çatdırmağı xahiş etdi.

 

Azərbaycan.-2006.-14dekabr.-S.1.