Səudiyyə
Ərəbistanının mədəniyyət və informasiya
naziri İyad ibn Əmin əl-Mədəninin
başçılıq etdiyi nümayəndə heyəti
dekabrın 16-da Azərbaycan Dövlət Teleqraf Agentliyində
- AzərTAc-da olmuşdur.
Agentliyin baş direktoru
Aslan Aslanov oxşar kökləri olan mədəniyyətə,
adət və ənənələrə malik,
eyni dinə mənsub xalqlarımızın
əlaqələrinin qədim
tarixinin olduğunu xatırlatdı, ölkəmiz
müstəqillik qazandıqdan
sonra ümummilli liderimiz Heydər Əliyevin və mərhum Kral Fəhd bin Əbdüləziz Al Səudun səyləri ilə Azərbaycan və Səudiyyə Ərəbistanı
arasında möhkəm
dostluq münasibətlərinin
yarandığını vurğuladı.
Bildirildi ki, Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanı
Krallığına rəsmi
səfərindən sonra
ikitərəfli münasibətlərin
inkişafında
yeni mərhələ
başlanmışdır. Ölkələrimiz
İslam Konfransı Təşkilatı çərçivəsində
də sıx əməkdaşlıq edir.
Səudiyyə Ərəbistanı
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
məsələsində Azərbaycanın
ədalətli mövqeyini
daim müdafiə edir və xalqımız
buna görə dost və qardaş
ölkəyə minnətdardır.
Baş direktor AzərTAc-ın tarixi, bugünkü fəaliyyəti,
o cümlədən beynəlxalq əlaqələri
barədə qonaqlara ətraflı məlumat verərək dedi ki, ərəb dünyasının müvafiq
informasiya qurumları ilə işbirliyinə böyük əhəmiyyət
verən agentlik Səudiyyə Mətbuat Agentliyindən də
əməkdaşlıq haqqında
saziş bağlamaq barədə təklif almışdır və bununla bağlı hazırlıq işləri
gedir.
Səmimi görüş
üçün təşəkkür
edən cənab İyad ibn Əmin
əl-Mədəni Azərbaycana çox zəngin proqramı olan səfərindən məmnunluğunu bildirdi. Nazir dedi ki, Bakıya
gəlişimiz xalqınızın
ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım gününə təsadüf
etmişdi və biz bu böyük
şəxsiyyətin azərbaycanlıların
qəlbində necə
yüksək yer tutduğunu gördük.
Eyni zamanda, çox enerjili və cavan, gələcəyə
böyük ümidlərlə
baxan Prezident İlham Əliyevin qəbulunda olduq. Ölkələrimiz arasında
münasibətlərdən danışan qonaq bildirdi ki, Səudiyyə
Ərəbistanı bunu
çox yüksək
dəyərləndirir və
indiyədək Ermənistanla
heç bir əlaqəmizin olmaması
da bunun daha bir təsdiqidir.
Cənab
İyad ibn Əmin əl-Mədəni iki ölkənin rəsmi informasiya orqanları arasında əməkdaşlığın
vacibliyini vurğulayaraq
dedi ki, bilavasitə həmin sahəyə baxan nazir kimi, o,
ölkələrimizin xəbər
agentliklərinin hərtərəfli
əlaqələrinin reallaşması
üçün öz
köməyini göstərəcəkdir. Nazir AzərTAc-ın baş direktorunu Səudiyyə Ərəbistanına
səfərə dəvət
etdi.
Daha sonra qonaqları maraqlandıran
suallara cavab verildi, xatirə hədiyyələri təqdim
olundu.
Azərbaycanın Səudiyyə
Ərəbistanındakı səfiri Tofiq Abdullayev görüşdə
iştirak edirdi.
Azərbaycan.-2006.-17dekabr.-S.2.