CELILOVA
İçərişəhərlə tanışlıq
qonaqlarda xoş təəssürat yaratmışdır
AzərTAc xəbər
verir ki, ölkəmizdə işgüzar səfərdə
olan Səudiyyə Ərəbistanı
Krallığının mədəniyyət və informasiya
naziri İyad ibn Əmin əl-Mədəni və onu
müşayiət edən şəxslər dekabrın 12-də
İçərişəhərlə tanış
olmuşlar.
Şirvanşahlar sarayından başlanan gəzintini qonaqlar
Qız qalasında davam etdirmişlər. Onlara məlumat
verilmişdir ki, Bakıda qədim abidələrin qorunub
saxlanmasına dövlət tərəfindən diqqət və
qayğı göstərilir. Azərbaycan Prezidentinin Sərəncamı
ilə "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi
yaradılmışdır.
Şirvanşahlar sarayında Key-Qubad məscidi, Seyid Yəhya
Cəlaləddin Bakuvinin türbəsi ilə
tanışlıqdan sonra İyad ibn Əmin əl-Mədəni
xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonaqlar "Qız qalası" xalça dükanında da
olmuş və onlara qədim Azərbaycan xalçaları
haqqında ətraflı məlumat verilmişdir.
Qonağı Azərbaycanın Səudiyyə Ərədistanı
Krallığındakı səfiri Tofiq Abdullayev və
krallığın ölkəmizdəki səfiri Əli Həsən
Əhməd Cəffər müşayiət etmişlər.
Azərbaycan.-2006.-13 dekabr.-S.6.