CELILOVA
AzərTAc xəbər
verir ki, dekabrın 12-də Azərbaycan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Səudiyyə
Ərəbistanı Krallığının mədəniyyət
və informasiya naziri İyad ibn Əmin əl-Mədəni
və onu müşayiət edən şəxslərlə
görüşmüşdür.
Nazir Ə.Qarayev qonaqları salamlayaraq qeyd etmişdir ki, dövlətlərimizin rəhbərlərinin
yüksək münasibətləri
ölkələrimiz arasında
hərtərəfli əlaqələrin
inkişaf etdirilməsində
böyük rol oynayır. Bu səfərin gələcəkdə
mədəni əlaqələrin
genişlənməsində yeni mərhələ açacağına əmin
olduğunu vurğulayan
Ə.Qarayev diqqətə çatdırmışdır
ki, qonaqlar səfər müddətində
ölkəmizin görməli
yerləri ilə, qədim mədəniyyətimizlə
tanış olmaq imkanı qazanacaq, İncəsənət
muzeyində, Azərbaycan
Dövlət Filarmoniyasında
olacaqlar.
İyad ibn Əmin əl-Mədəni qonaqpərvərliklə
qarşılandıqları üçün minnətdarlığını
bildirmiş, İçərişəhəri
gəzdiklərini və
Qız qalasında olduqlarını vurğulamışdır.
Bildirilmişdir ki, ölkələrimizi bir çox cəhətlər
birləşdirir. Ona görə də ardıcıl təcrübə
mübadiləsi aparmaq
hər iki ölkənin xeyrinə olar.
Görüşdə mədəniyyət
sahəsində gələcək
əməkdaşlığın inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2006.-13dekabr.-S.6.