Nazirlər Kabinetində görüş

 

Dekabrın 13- Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət informasiya naziri İyad ibn Əmin əl-Mədəninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında işgüzar mədəni əlaqələrin yaranması xüsusi məmnunluq hissi ilə qeyd edilmiş, əməkdaşlığı daha da inkişaf etdirmək perspektivləri müzakirə olunmuş, mədəniyyət, eləcə informasiya sahəsində münasibətlərin dərinləşdirilməsi ilə bağlı konkret təkliflər irəli sürülmüşdür.
Dost ölkənin mədəniyyət informasiya naziri Azərbaycan mədəniyyətinin əldə etdiyi müasir nailiyyətləri yüksək qiymətləndirmişdir.
Səmimi dostluq şəraitində keçən görüşdə Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.

 

Azərbaycan.-2006.-14 dekabr.-S.2.