Səudiyyə Ərəbistanı
Mədəniyyət və
İnformasiya Nazirliyinin
nümayəndə heyətinin
Azərbaycana səfəri
Azərbaycanda
səfərdə olan Səudiyyə Ərəbistanı
Krallığının mədəniyyət və informasiya
naziri İyad ibn Əmin əl-Mədəni və onu
müşayiət edən şəxslər dekabrın
13-də Heydər Əliyev Fondunda olmuşlar.
Fondun icraçı
direktoru Anar Ələkbərov qonaqları
Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladı.
Qonaqlar fondun sərgi və ekspozisiyası ilə tanış oldular. Ulu öndərin şəxsi
arxivindən götürülmüş
və onun uşaqlıq, gənclik, tələbəlik illərini,
fəaliyyətinin ən
müxtəlif dövrlərini
əhatə edən nadir sənədlər, həyatının ayrı-ayrı məqamlarını
əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxsaylı
fotoşəkillər, dünyanın
tanınmış siyasi
xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında
yazılmış kitablar,
onun müxtəlif ölkələrin liderləri,
elm, mədəniyyət
və incəsənət
xadimləri ilə çəkilmiş
fotoşəkilləri qonaqlarda
böyük maraq doğurdu. Qonaqlar keçmiş SSRİ-nin
müxtəlif guşələrində,
respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə
çəkilmiş yadigar
fotoşəkillərə, iş otağındakı
əşyalara ulu öndərin valideynləri,
sevimli ömür-gün
yoldaşı, görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə, övladları və nəvələri ilə,
habelə Məkkəyə
həcc ziyarəti zamanı çəkdirdiyi
fotoşəkillərə maraqla
tamaşa etdilər.
Nümayəndə heyətinə
fondun məqsəd və məramları, gördüyü xeyirxah işlər, həyata keçirdiyi layihələr,
beynəlxalq əlaqələri
barədə ətraflı
məlumat verildi. Onlar fondun vəsaiti
ilə buraxılmış
kitab, albom, audio-video disklərə, məktəb ləvazimatlarına
da baxdılar, xatirə şəkli çəkdirdilər.
Sonda Səudiyyə Ərəbistanı
Krallığının mədəniyyət
və informasiya naziri İyad ibn Əmin əl-Mədəni fondun Xatirə kitabına ürək sözlərini
yazdı. Hörmətli
qonağa Heydər Əliyev Fondunun buraxdığı "Qarabağ
xanəndələri" musiqi
albomu hədiyyə edildi.
Azərbaycan.- 2006.- 14dekabr.- S. 5.