Səudiyyə Ərəbistanının mədəniyyət
və informasiya naziri gəlib
Səudiyyə Ərəbistanının mədəniyyət
və informasiya naziri İyad Mədəninin rəhbərlik
etdiyi 7 nəfərlik
nümayəndə heyətinin
Azərbaycana səfəri
başlayıb. Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin dəvəti ilə gələn nümayəndə heyətinin
səfəri dekabrın
17-nə qədər davam
edəcək. Nazirliyin
mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, qonaqların mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə, Azərbaycan Teleqraf Agentliyinin (AzarTac), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi
ilə görüşləri
nəzərdə tutulub.
Yeddi gün ərzində qonaqlar şirvanşahlar Sarayına,
Qız qalasına, içərişəhərə baş çəkəcək
və M.F.Axundov adına Milli
Kitabxanada, Xalça Muzeyində görüşlər
keçirəcəklər. Bundan başqa, nümayəndə heyəti
Səttar Bəhlulzadə
adına Mərkəzi Sərgi Salonunda Azərbaycan Rəssamlar ittifaqının
65 illik yubileyində, M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında klassik
musiqi axşamında iştirak edəcək.
Palitra.- 2006.- 12 dekabr.- S.5.