Əbülfəs Qarayev erməni həmkarı i danışıb

 

Nazir Azərbaycanın mədəni-tarixi irsinin mənimsənilməsi ilə bağlı iradlarını bildirib

 

"Ruminiyada Ermənistanın mədəniyyət nazirinə Azərbaycanın mədəni-tarixi irsinin mənimsənilməsi ilə bağlı iradlarımı bildirdim. Nazir iradlarımı qəbul edərək bildirdi ki, bu kimi halların imkan daxilində azalmasına çalışacaq", - bu fikirləri APA-ya eksklüziv müsahibəsində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir dekabrın 15-də Buxarestdə "Kiyev təşəbblüsü" adı altında təşkil olunan konfransın məqsədini də açıqlayıb: "Məqsəd Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında demokratik cəmiyyətin Avropa Şurası prinsipləri üzərində təmin olunmasıdir. Biz Avropa Şurasının proqramlarının tərkibində əməkdaşlıq proqramları həyata keçirməyə hazırıq. İştirakçı dövlətlərin mədəniyyət nazirləri bu proqramlarda iştirak etməyə hazır olduqlarını bildirdilər. Eyni zamanda, donorların və digər ölkələrin bu layihəyə cəlb olunması vacib bir məsələ kimi müzakirə olundu və çox böyük razılıqla qarşılandı. Qafqaz regionu, Avropanın şərqində yerləşən ölkələr Avropanın ayrı hissəsi kimi qəbul olunmamalıdır. Əgər bu proqramlar Azərbaycan, Ermənistan, yaxud Gürcüstanda həyata keçirilirsə, deməli həmin proqramları Avropa ölkələrində də həyata kecirmək lazımdır. Bu, ən azı müqayisə etmək baxımından vacibdir. Bu təklif çox razılıqla qarşılandı".

Ə.Qarayev Azərbaycanın mədəni turizmlə bağlı proqramlara qoşulacağını da bildirib.

 

Ekspress.- 2006.- 22 dekabr.- S. 13.