MehdixanlıTelman

 

Xatirələrin yaşadığı ünvan

 

Yaxın günlərdə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin yaranmasının qırx ili tamam oldu. İlk gündən orada fəaliyyət göstərən, hazırda həmin qurumun direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur deyir:
- Ədəbiyyat incəsənət xadimlərinin, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının sənədlərini, əlyazmaların
ı toplayır, onların mühafizəsini, istifadəsini təşkil edirik. Arxivdə qiymətli unikal sənədlər çoxdur. Onların arasında dahi şairimiz Mirzə Ələkbər Sabirin 1907-ci ildə "Bəhlul" jurnalının redaksiyasına göndərdiyi məktub, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin qeydləri, bir çox əsərlərinin əlyazmaları, Cəfər Cabbarlının "Yada düşdü" şeirinin əlyazması, Üzeyir bəy Hacıbəyovun 1913-cü ildən dostlarına, sənət yoldaşlarına yazdığı məktublar, Ceyhun Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun bir çox başqa tarixi şəxsiyyətlərin, ziyalıların yadigarları ehtiramla qorunur, ən qiymətli sərvət kimi mühafizə olunur.
Azərbaycan ədəbiyyatı tarixini öyrənmək üçün arxivdə saxlanılan Yazıçılar Birliyinin, Ədəbiyyat fondunun, bu sahə üzrə nəşriyyatların ("Azərnəşr", "Gənclik", "Yazıçı"), qəzet jurnal redaksiyalarının ("Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Ədəbiyyat", "Ulduz", "Qobustan") fondlarında da çoxlu qiymətli sənədlər var. Bu fondlarda bədii əsərlərin əlyazmaları, yazıçıların qurultay, plenum iclaslarında çıxışlarının stenoqramları, protokolları, müvafiq idarə, təşkilat, müəssisələrlə yazışmaları, hesabatları toplanıb.
Mühafizə olunan ən zəngin, əhatəli fondlardan biri uzun illər ədəbiyyatımızın öyrənilməsində, tədqiqatında böyük xidmətləri olmuş, Moskva Dövlət Universitetinin professoru mərhum Əziz Şərifə aiddir. Azərbaycan ədəbiyyatı mədəniyyətinin 100 ildən artıq tarixini əks etdirən həmin fondda Əziz Şərifin atası Qurbanəli kişinin Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Rza Təhmasib bir çox başqaları ilə, Əziz Şərifin isə Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rəhimov, Mirzə İbrahimov, Yusif Vəzir Çəmənzəminli, Məmməd Arif, Abdulla Şaiq, Aleksandr Tuqanov başqaları ilə yazışmaları, onun 1910-cu ildən 1987-ci ilə qədər yazdığı gündəlik, "Molla Nəsrəddin", "Dəbistan", "Dan ulduzu", "İşıq yolu" və başqa qəzet, jurnal məqalələrindən topladığımız nümunələr xalqımızın XX əsr mədəniyyət tarixini öyrənmək üçün olduqca dəyərli mənbələrdir.
Arxivdə 130-dan artıq yaşı olan, yaradıcılıq ənənəsinə daim sadiq qalan, zəngin həyat yolu keçmiş milli teatrla bağlı tarixi həqiqətləri, olayları yaşadan xeyli sənəd var. Teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan müqtədir ifaçılar haqqında da qiymətli fotoşəkillər, sənədlər, faktlar diqqət çəkir. Azsaylı kollektivimiz respublikamızda baş verən bütün ədəbiyyat, incəsənət üzrə keçirilən tədbirlərin tarixləşməsinə qayğı göstərir, gələcək nəsillərə hədiyyə olaraq sənədlərin tərtibinə, toplanmasına cani-dildən çalışır. Arxivdə ulu öndər Heydər Əliyevlə bağlı xatirələr, sənədlər, fotolar da toplanıb. Məlumdur ki, ümummilli liderimiz respublikamıza rəhbərlik etdiyi zamanlarda sözə, sənətə, sənətkara yüksək qiymət vermişdir. Neçə-neçə yazıçı-şair, aktyor-rejissor dövlətin ən dəyərli mükafatlarına layiq görülmüşlər. Ulu öndərin diqqəti, qayğısı sayəsində 1996- ildə unudulmaz şəxsiyyətlərin ikinci ömürlərini yaşadan ünvana - Dövlət Ədəbiyyat İncəsənət Arxivinə ötən əsrin otuzuncu illərində qanlı repressiyanın qurbanı olmuş Salman Mümtazın adı verilmişdir. Yaxşı deyiblər: keçmişini unudan gələcəksiz yaşayar. Biz ulu öndər Heydər Əliyev kursunun qüdrətinə inanmışıq, bu gün həmin ənənəni davam etdiririk. Hər bir sənədin, fototəsvirlərin gələcəkdə vacibliyini bildiyimizdən onların toplanmasına, mühafizə edilməsinə diqqətlə yanaşırıq.
Arxivdə Azərbaycan rəngkarlıq, memarlıq sənətini əks etdirən fotosənədlər respublika Rəssamlar İttifaqı, Memarlar İttifaqı, Dövlət Rəssamlıq Məktəbinin fondlarında cəmləşdirilmişdir. M.Hüseynovun, T.Salahovun, M.Abdullayevin, M.Nəcəfovun, S.Bəhlulzadənin, K.Kazımzadənin, M.Rəhmanzadənin başqalarının rəsm əsərlərinin, eskizlərinin, əlyazmalarının, şəxsi sənədlərinin nümunələrini toplayıb yadigar saxlamağımızdan qürur hissi duyuruq. Həmin şəxsiyyətlərin həyatı yaratdıqları əsərlərlə əlaqədar mətbuat işçiləri mütəmadi olaraq bizə müraciət edirlər. Onların arzularını yerinə yetirməkdən fərəh hissi keçiririk. Bu müsbət üslubu ölkəmizdə kinematoqrafiya kino sənətinə aiddir. Sahə üzrə istənilən tədqiqatçı ünvanımıza müraciət edə bilər. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan bütün ekran əsərləri barədə arxivimizdə kifayət qədər faktlar, təsvir nümunələri var.
Ölkəmizdə xalq yaradıcılığının inkişafına, mədəni-maarif işlərinin təşkili məsələlərinə aid s
ənədlər, faktlar, fotolar fondumuzda kifayət qədərdir. Həmçinin qovluqlarda aşıqların xalq nəğməkarlarının ifalarından bəhs edən qeydlər, bədii şura iclaslarının stenoqrafik hesabatları, göstəricilər yetərincədir. Dirili Qurbanidən üzü bəri aşıq-ozan sənətimiz barədə təşkil etdiyimiz fonddan dolğun məlumat almaq mümkündür. Arxivdə bir neçə fond yaratmışıq. Orada ayrı-ayrı ədəbiyyat, incəsənət xadimləri haqqında sənədlər, afişalar, proqramlar, foto-şəkillər toplanmışdır. Xalqımız dövlət müstəqilliyi əldə etdikdən sonra vaxtilə məcburiyyət qarşısında qalaraq xarici ölkələrə baş götürüb getmiş, ömürlərinin sonuna qədər vətən həsrəti ilə yaşayıb-yaratmış Ceyhun Hacıbəyli, Abay Dağlı, Almaz İldırım, Əli bəy Hüseynzadə, Timurçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl başqalarının yaradıcılıq nümunələri, şəxsiyyətləri, fəaliyyətləri haqqında materialları da toplaya bilmişik.
Yeri gəlmişkən bir vacib məsələ barədə incikliyimi bildirmək istəyirəm. Doğrudur, ayrı-ayrı ədəbiyyat-incəsənət xadimləri haqqında sənədlər toplamaq, onları arxivimizdə yaşatmaq bizim vətəndaşlıq, vəzifə borcumuzdur. Təəssüf ki, ümumi işimizə mane olanlar da var. Sənədlərini qəbul etmək istədiyimiz adamların ünvanlarına məktub yazırıq, telefon açırıq. Fikrimizi, məqsədimizi bildiririk. Di gəl ki, əməkdaşlarımızı get-gələ salırlar. Qoy onlar unutmasınlar ki, Ədəbiyyat İncəsənət Arxivi bu sahədə çalışanların ikinci ömürlərini yaşadan müqəddəs ünvandır. Bütün çətinliklərə, hətta deyərdim ki, laqeydliyə baxmayaraq, hazırda arxivimizdə 724 fond var. Onlardan 680-i şəxsi fonddur...
S.Mümtaz adına Dövlət Ədəbiyyat İncəsənət Arxivi keçmişimizi yaşatmaqla yanaşı, həm gələcəyimizə örnək olan ünvandır. Yaşamaq, yaratmaq şirin olduğu kimi, xatirələr əziz, urvatlı tutulmalıdır. Bu amala xidmət etmək hamının, hər kəsin borcudur.

 
Azərbaycan.- 2006.- 21 dekabr.- S. 8.