Qarayev Əbülfəs

 

Kitabxanaların dövri mətbuatla təmin olunmasına zəmin yaradılmışdır

 

"Azərbaycan" qəzetinin 4 noyabr 2006-cı il tarixli sayında dərc edilmiş "Qəzetsiz qiraətxana olarmı?" adlı məqalədə qaldırılan problemlər mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə Salyanda keçirilmiş zona müşavirəsində müzakirə edilmişdir.
Məlum olmuşdur ki, 2006-cı ildə smeta üzrə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinldə olan mədəni-maarif müəssisələrinin əksəriyyətinə dövri mətbuata abunə yazılışı üçün vəsait ayrılmamışdır. Bu səbəbdən sözügedən müəssisələrin çoxu 2006-cı ildə qəzet və jurnal almamış və 2007-ci il üçün abunə kampaniyasına qoşula bilməmişlər.
Bu il nazirlik tərəfindən hazırlanmış və hökumətə təqdim edilmiş "2007-2011-cı illərdə Azərbaycan Respublikasının kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə Dövlət Proqramı"nda kitabxanaların komplektləşdirilməsi, onların ənənəvi çap məhsulları ilə yanaşı, dövri mətbuat nümunələri ilə də təmin olunmasına xüsusi əhəmiyyət verilmişdir.
Sözügedən proqramda kitabxanaların komplektləşdirilməsi üçün zəmanətli maliyyələşdirmənin təmin edilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan.-2006.-27 dekabr.-S.6.