Əbülfəs Qarayev ikinci maaşdan imtina edir

"Mən Türksoyda-da işləyib maaş ala bilmərəm, mən nazirəm öz maaşımı alıram"

 

TURKSOY-a uzun müddət Polad Bülbüloğlu rəh­bərlik edib. O, hazırda Azərbaycanın Rusiyada səfiri vəzifəsini yerinə yetirdiyi üçün TURKSOY-a rəhbərlik etmək onun üçün müəyyən çətinlik yaradır. Polad Bülbü­loğlu da quruma yeni rəhbər təyin olumasını istəyir", - bu açıqlamanı APA-ya Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev verib.

Nazir hazırda quruma kimin rəhbərlik etməsi ilə bağlı real təkliflər olmadığını deyib: "Mənə elə gəlir ki, biz müzakirələri bu ayın 18-19-da Ankarada keçiriləcək toplantıda davam etdirməliyik. Yəqin ki, növbəti iclasda Polad Bülbüloğlunu hörmət-izzətlə yola salıb, yeni baş katibin seçilməsi barədə düşünəcəyik. Bu vəzifəyə hər iki ildən bir seçkilər keçirilir. TÜRKSOY-un ən ali orqanı Mədəniyyət nazirlərinin məclisidir. Nazirlərin məclisi daimi hər hansı bir ölkədə ola bilməz. Baş katib isə icraçı, gündəlik bu işlə məşğul olan, bu fəaliyyəti aparan məsul bir şəxs olmalıdir".

Əbülfəs Qarayev özünün bu vəzifəyə namizədliyinin irəli sürüləcəyi barədə fikirləri təkzib edib: "Mən orada işləyib maaş ala bilmərəm, çünki mən Azərbaycan Mədəniyyət Turizm naziriyəm öz maaşımı alıram. Ona görə biz öz tərəfimizdən başqa namizəd üzərində düşünürük. TÜRKSOY baş katibi postuna mə­dəniyyət sahəsində tanınmış, MDB TÜRKSOY ölkələrində böyük nüfuza malik insanların namizədliyi irə­li sürüləcək. Bizim da belə bir namizədimiz var, amma bz namizadimizin adını açıqlamaq istəmirəm".

Qeyd edak ki, TÜRKSOY-un növbəti toplantısı 18-19 dekabrda Ankarada keçiriləcək. Toplantının gündəliyinə quruma yeni baş katibin seçilmasi məsələsi daxil edilib.

 

Ekspress.- 2006.- 15 dekabr.- S.13.