Mükərrəmoğlu M.

 

Tanınmış kitabxanaşünas alimlə görüş

 

Şuşa Mədəni-Maarif Texnikumunda anadan olmasının 75 illiyi münasibətilə əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universiteti kitabxanaşünaslıq kafedrasının müdiri Abuzər Xələfovla görüş keçirilmişdir.
Tədbiri texnikumun direktoru Rəsul İsmayılov açaraq, yubilyarı səmimi salamlamış onu tələbələrə təqdim etmişdir. Texnikumun müəllimi Allahverdi İsmayılovun görkəmli alimin həyatı, fəaliyyəti elmi yaradıcılığı haqqında məruzəsi dinlənilmişdir.
Müəllimlərdən Yeganə Əliyeva, Nazim Vəliyev respublikamızda kitabxanaşünaslıq elminin inkişafında, bu sahədə kadrların yetişdirilməsində Abuzər Xələfovun rolundan, dünyada tanınmış mütəxəssisin insani keyfiyyətlərindən söz açmışlar.
Görüşdən xatirə olaraq qonağa rəssam Rövşən BayramovunCıdır düzüadlı tablosu hədiyyə edilmişdir.
Tədbir texnikum özfəaliyyət kollektivi üzvlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.
 

Xalq qəzeti.-2006.-16 dekabr.-S.6.