Əbülfəs Qarayev Türksoy-un XXIII sessiyasında
iştirak edir
Azərbaycanın Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev dekabrın 18-19-da Ankarada keçirilən 'TÜRKSOY Ümumtürk
mədəniyyət və
incəsənət birliyinin
Mədəniyyət nazirlərinin
Daimi §urasının
XXIII sessiyasında istirak
edir. Bu barədə
"Trend"ə Azərbaycanın
Mədəniyyət və
Turizm Nazirliyindən məlumat verilib.
Sessiya hesabat - seçki toplantısı xarakteri dasıyır. Növbəti
çağrışın gündəliyinə 2006-ci il üçün fəaliyyətin yekunlaşdırılması
və baş direktorun yenidən seçilməsi daxildir.
Bu vəzifəni
1994-cü ildən Azərbaycanın
keçmis mədəniyyət
naziri, hazırda Rusiyadakı səfiri Polad Bülbüloğlu tutub.
Növbəti toplantı
çərçivəsində Ankarada "TÜRKSOY Evi"
qərargahının açılışı
olacaq. Qərargahın tikintisi ən qısa müddətdə
həyata keçirilib.
Üç nöqtə.- 2006.- 19 dekabr.-
S.13.