"İnformasiya əldə etmək
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına olan və dəyisikliklər
edilməsi barədə Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"İnformasiya alda etmək haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və
dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
1.1.
Qüvvədə olan qanunvericilik aktlarının
"İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və dəyisikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
Azərbaycan Respublikasının inzibati Xətalar
Məcəlləsinin 181-3-cü maddəsində
nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə
baxan müvafiq dövlət orqanı barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4.
Öz səlahiyyətləri daxilində "İnformasiya
əldə etmək haqqında" Azırbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan
irəli gələn digər məsələləri həll
etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən
qüvvəyə minir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 dekabr
2006-cı il.
Respublika.- 2006.- 29 dekabr.- S. 3.