Möhtərəm cənab
Prezident!
Sizin 2 dekabr 2006-cı il tarixli sərəncamınızla
hər il dekabr ayının 6-sı Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin reşə
bayramı günü
kimi qeyd olunması barədə qərarınız olkə
rabitəçilərinin hədsiz
sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur.
Bu münasibətlə
olkə rabitəçiləri
adından Sizə dərin minnətdarlığımızı
bildiririk!
Məlum olduğu kimi, 1881-ci il noyabr ayının 23-də (yeni tarixlə
dekabrın 6-da) Bakıda
"Nobel qardaşları
cəmiyyəti" tərəfindən
ilk telefon xətti istismara verildikdən sonra Azərbaycanda telefon rabitəsinin inkişaf tarixi başlanmışdır.
Azərbaycanda rabitənin
inkişafında ən
mühüm dövr ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdir.
"Müstəqil respublikanın
müstəqil rabitəsi
olmalıdır" - deyən
ulu öndərimiz rabitənin inkişafına
xüsusi önəm verir və daim
qayğı göstərirdi.
Hörmətli cənab
Prezident!
Sizin 20 fevral
2004-cü il tarixli fərmanınızla Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
yaranmasından sonra ölkəmizdə müasir
informasiya texnologiyalarının
geniş tətbiqi üçün daha böyük imkanlar yarandı və bu istiqamətdə Sizin rəhbərliyinizlə
həyata keçirilən
məqsədyönlü tədbirlər
genişlənməkdədir.
Sizin İnformasiya Cəmiyyəti üzrə
Ümumdünya Sammitinin
Cenevrə mərhələsindəki
bəyanatlarınız dünyanın
İKT ictimaiyyətinin diqqətini
Azərbaycana yönəltdi.
Azərbaycanda İKT-nin
inkişafının dövlət
siyasətinin prioritet sahələrindən biri olduğunu görən dünyanın inkişaf etmiş ölkələrinin
müvafiq strukturlarının,
nəhəng İKT şirkətlərinin
ölkəmizə olan
marağı get-gedə artır və genişlənir.
Sizin "Bakutel-2006" beynəlxalq
sərgi və konfransın açılış
mərasimindəki çıxışınızda
son 3 il ərzində rabitə və informasiya texnologiyaları sektorunda gorülən işlərə
verdiyiniz yüksək
qiymət bizim hamımızda sonsuz ruh yüksəkliyi yaradır.
Hörmətli cənab
Prezident!
Sizin tarixi qərarınızla
6 dekabr gününü
peşə bayramı
günü kimi qeyd edən respublikanın rabitə və informasiya texnologiyaları işçiləri
Sizin rəhbərliyinizlə
ölkəmizin İKT sahəsində
nəinki regionda lider ölkəyə çevrilməsi, hətta
dünyanın inkişaf
etmiş ölkələri
sırasına çıxması üçün bütün potensial imkanlardan maksimum istifadə edəcəklər.
Müraciət Rabitə
və İnformasiya Texnologiyaları İşçilərinin
6 dekabr 2006-cı il tarixində keçirilmiş resrublika
konfransında qəbul
edilmidir
Azərbaycan.-2006.-7 dekabr.- S.2.