Əliyev Əsgər
Azərbaycanın
Mədəni irsi Avropa Şurasının Diqqətindədir
Dekabrın
7-də Parisdə Avropa şurası Parlament Assambleyası
Mədəniyyət, Elm və Təhsil Komitəsinə daxil
olan Mədəni İrs Alt Komitəsinin
yığıncağı keçirilmişdir. Toplantıda
müzakirə olunmuş bir sıra digər mühüm
məsələlərlə yanaşı, Azərbaycan
üçün xüsusi maraq kəsb edən Cənubi
Qafqazda mədəniyyətin vəziyyətinə dair
məruzə ilə əlaqədar fikir mübadilələri
aparılmışdır.
Bu
məsələ üzrə məruzəçi Böyük
Britaniyadan olan deputat Edvard O' Harra çıxış
edərək Azərbaycan, Gürcüstan və Ermənistana
edəcəyi tədqiqat xarakterli səfərlə
bağlı bəzi mulahizələrini bölüşmüşdür.
Müzakirələrdə
Alt Komitənin üzvləri Luis Maria de Puç (İspaniya),
Əndrü Makintoş (Böyük Britaniya), Jak Lejandr (Fransa)
və Azərbaycanın Avropa şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin
üzvü Rafael Hüseynov çıxıs etmişlər.
Komitədə
müzakirələr zamanı bu səfərin təxirə
salınmasıyla bağlı narahatlıq ifadə edilmişdir.
2006-ci ildə E.O'Harranın rəhbərlik etdiyi missiyanın
səfəri planlaşdırılsa da, bu günə
qədər səfər baş tutmamış və alt
komitə ən qısa zamanda bu səfərin
gerçəkləşdirilməsi ilə bağlı konkret
addımlar atılmasının zəruriyyətini ifadə
etmişdir.
Müzakirələrdə
çıxış etmiş deputat Rafael Hüseynov demişdir:
Hazırda Avropa şurasında Cənubi Qafqazdakı
mədəniyyətin vəziyyəti ilə əlaqədar
araşdırmalar aparmaq üçün iki missiyanın
səfəri nəzərdə tutulur. Onlardan biri Avropa şurasının
baş katibi Terri Devisin təşəbbüsü ilə
yaradılan faktaraşdırıcı missiya, ikincisi isə
Cənubi Qafqazda mədəni irslə bağlı
məruzəçi E.O'Harranın həyata
keçirəcəyi tədqiqat səciyyəli səfərdir.
Azərbaycan hər iki
səfərin baş tutmasında maraqlıdır. Çünki
hələ 2001-ci ilin may ayında Azərbaycanın
işğal altındakı ərazilərində
mədəni irsin ermənilər tərəfindən
dağıdılması və qəsb edilməsi ilə
əlaqədar ayrıca sənəd hazırlanmış sonradan dəfələrlə bu
problem həm komitənin iclaslarında, həm assambleyanın
açıq toplantılarında
qaldırılmışdır. Ölkəmizin işğal
altında olan 20 faiz ərazisində ermənilər dünya
və ölka əhəmiyyətli, eləcə də, yerli
dəyər daşıyan on minlərlə
mədəniyyət abidəsini dağıtmış və
yaxud qəsb etmişlər.
Lakin Azərbaycanın
mədəni irsinə qarşı ermənilərin
apardığı təcavüz siyasəti,
dağıdıcı xətt yalnız Dağlıq Qarabağ
və onun hüdudlarından kənarda işxal olunmuş yeddi
rayonda həyata keçirilməmişdir. Ermənistan
ərazisində də tarixən Azərbaycana məxsus olan
yüzlərlə abidə məhv edilmişdir. Ona
görə də bütün bu faktların
araşdırılması üçün Avropa Şurasının
müxtəlif səviyyəli missiyalarının regiona gəlişində
ölkəmiz maraqlıdır.
Cənab E.O'Harra
səfərin baş tutmaması ilə bağlı
narahatlığını ifadə etsə də,
məsələnin qoyuluşunda özü müəyyən
səhvlərə yol verir. O, ermənilərin süni
təşəbbüsləri, fakta deyil, uydurmalara əsaslanan
səyləri nəticəsində alt komitənin gündəliyinə
gətirilmiş, guya Naxçıvanda erməni
abidələrinin dağıdılması
məsələsini səhv istiqamətdə
işıqlandırır. Məsələ bundadır ki, o,
regiona səfəri zamanı Naxçıvandakı erməni
abidələrini, Daglıq Qarabağdakı Azərbaycan
abidələrini tədqiq etmək şəklində ortaya
qoyur. Halbuki Dağlıq Qarabağ da, Naxçıvan da
Azərbaycanın ərazisidir. Odur ki, bunları iki
müxtəlif məsələlər kimi ortaya qoymaq olmaz. Digər
tərəfdən E.O'Harra Dağlıq Qarabağdan
müstəqil tərəf kimi danışarkən ciddi
səhvə yol verir, Azərbaycanın siyasi nüfuzuna
təsir göstərən və narazılıq doğuran
fikirlər söyləyir.
İş ondadır ki,
hələ alt komitənin ötən toplantısında
Fransadan olan deputat Jak Lejandr da bu məsələni
məruzaçinin diqqətinə səhv
çatdırmışdır. Ona görə də, bu son
dərəcə həssas məsələdə hər bir
ifadəni işlədərkən diqqətli olmaq,
yanlışlıq və narazılıq doğuran məqamların
yer almasına imkan verməmək lazımdır. Naxçıvan
ərazisində erməni abidələri fikrinin özü
təməlindən yanlış bir məsələdir. Məsələ
ondadır ki, islamdan öncə Azərbaycan ərazisində
bir çox inanclarla yanaşı, xristianlıq geniş yer
almış və ölkəmizin müxtəlif
yerlərində xristianlığın müxtəlif
abidələri olmuşdur.
Azərbaycana qarşı
işğal siyasətini total şəkildə həyata
keçirən ermənilər bir sıra digər
mədəni irs nümunələri ilə bərabər,
həmin dövrün qəbir daşlarını, qədim
kilsələri və başqa tarixi abidələri də
erməniləşdirmək istiqamətində iş aparırlar.
Naxçıvandakı alban abidələrini
mənimsəmək cəhdi də ermənilərin bu
istiqamətdə apardığı işlərin
nəticəsidir.
Ermənilərin Azərbaycanın
Avropa şurasında artan nüfuzuna qarşı təxribatlar
törətmək cəhdinin növbəti ifadəsi də
elə alt komitədə guya cənab E.O'Harranın
səfərlərinin təxirə salınmasının
Azərbaycan tərəfindən törədilməsi
haqqında yalnış fikir ortaya qoymaqdır. Azərbaycan
Ermənistandan fərqli olaraq, hər zaman bu
səfərlərin həyata keçirilməsinin
tərəfdarıdır. Biz həm Terri Devisin
geniştərkibli faktaraşdırıcı
missiyasının, həm də E.O'Harranın tədqiqat
səciyyəli qrupunun səfərinin lap tezliklə həyata
keçirilməsinin marağındayıq. Lakin bunun
gerçəkləşməsi üçün
müəyyən problemlərin həll edilməsi
lazımdır. Zənnimcə, AŞPA-nın yanvar ayında
keçiriləcək qış sessiyasında
nümayəndə heyətlərinin
- Azərbaycan, Gürcüstan və Ermənistan
parlamentarlarının, eləcə də, Avropa şurasının
baş katibinin təmsilçilərinin və Cənubi Qafqaz
ölkələrinin Strasburqdakı daimi
nümayəndələrinin iştirakı ilə bu
məsələ yenidən müzakirə edilməli və
səfərin vaxtı ilə əlaqədar konkret
müddət müəyyənləşdirilməlidir.
Alt komitədə
müzakirələrdə Avropa şurası baş katibinin
təmsilçisi də iştirak etmiş, Terri Devisin faktaraşdırıcı
missiyasının regiona səfəri ilə əlaqədar son
məlumatları nəzərə
çatdırmışdır. O bildirmişdir ki, 2005-ci
ildən ortada olan ideyanı gerçəkləşdirmək
üçün baş katibin bilavasitə
təşəbbüsü ilə ayrıca işçi qrupu
yaradılmışdır. Bu qrup Cənubi Qafqazda
mədəni irsin araşdırılması ilə
bağlı müəyyən tədbirlər planı
hazırlamışdır. Lakin 2006-cı ilin may ayından
əvvəl planlaşdırılsa da, müəyyən
texniki səbəblərdən bu səfər baş
tutmamışdır. Ona görə də yeni ildə
müştərək bir toplantının keçirilməsi
və səfərin vaxtı ilə əlaqədar
qənaətlərin daqiqləşdirilməsi
atrafında Avropa şurasının baş katibliyində fikir
mübadilələri aparılmaqdadır.
Alt komitənin yeni
seçilmiş sədri litvalı deputat Emanuel Zingeris toplantıdan
üç həftə əvvəl Ermənistan parlamentinin
spikeri T.Torosyanla görüşdüyünü və onun
E.O'Harranı istənilən vaxt qəbul etməyə
hazır olduqlarını diqqətə
çəkərkən, deputat R.Hüseynov bunu erməni
tərəfinin növbəti boş vədi oduğunu,
səfərin konkretləşəcəyi təqdirdə
Ermənistanın bir bəhanə ilə bunun
qarşısını almağa cəhd
göstərəcəyini bildirmişdir.
R.Hüseynov əlavə
etmişdir ki, belə söyləməyə əsas verən
erməni tərəfinin E.O'Harranın tədqiqat xarakterli
səfəri ilə əlaqədar dəfələrlə
süni manelər yaratmasıdır. Çünki
məruzəçiyə Ermənistan ərazisində
azərbaycanlıların tarixən yaratdığı
mədəni irs nümunələrinin siyahısı
təqdim edilmişdir. Bunların hamısı ermənilər
tərəfindən tamamilə dağıdılmış
və yaxud özününküləşdirilmişdir.
Müzakirələrədə
britaniyalı deputat azərbaycanlı deputatın mövqeyini
mudafiə etmiş və bildirmişdir ki, noyabr ayının
son günlərində o, Bakıda mətbuat üzrə alt
komitənin keçirdiyi çox böyük bir konfransda
iştirak edərkən, Dağlıq Qarabağ problemi
üzrə alt komitənin sədri lord Rassel Constonla
söhbət aparmışdır.
Söhbət əsnasında
R.Conston hər iki missiyanın Cənubi Qafqaz ölkələrinə
səfərlərinin vaxtı ilə bağlı mulahizələrini
söyləmiş və bildirmişdir ki, bu istiqamətdə
konkret addımlar mart ayından tez atıla bilməz.
İspaniya
və Fransadan olan deputatlar Luis Maria de Puç və Jak Lejandr
da bu səfərin vaxtı ilə bağlı
müzakirələrin davam etdirilməsinin zəruriliyini
söyləmişdir.
Komitənin
yığıncağında R.Hüseynovun təklif etdiyi
kimi, məsələlərin AŞPA-nın qış
sessiyasında bir daha müzakirə edilməsi qərara
alınmış və müzakirələrdən sonra bu
səfərin həyata keçirilməsi ilə bağlı
müəyyən konkret tədbirlərin görülməsi zəruriyyəti
vurğulanmış, yeni hazırladığı
sənədla əlaqədar alt komitənin üzvləri
ilə müzakirələr aparmış və onlardan bir
neçəsi artıq bu sənədi imzalamışdır. Yeni
sənəd Azərbaycanın mədəni irsinə
qarşı Ermənistandan yeni təhlükələr
adlanır. Bu sənəddə Ermənistanın son aylarda
atəşkəs rejimini intensiv şəkildə pozması
və bunu munaqişə bölgəsindən xeyli aralıqda
yerləşən Qazax və Tovuz rayonları ətrafında
həyata keçirməsi və həmin ərazilərdə
yerləşən bir sıra mədəni irs
nümunələrinin də elə bu atəşkəs
pozmaları zamanı məhv olması ilə bağlı
məsələ qaldırmışdır.
Sənəddə
göstərilir ki, Ermənistanın bu addımları ona
sübutdur ki, onlar yalnız Dağlıq Qarabağ və onun
atrafında işğal altındakı yeddi rayonda olan,
Naxçıvanda yerləşən mədəni irs
nümunələrinə qarşı deyil, bütövlükdə
Azərbaycanın ərazisində olan mədəni
sərvətlərin hamısına qarşı total
şəkildə ermənilaşdirmək, qəsb etmək
və dağıtmaq xəttini yuyurtmakdadırlar.
Sənəddə Avropa
Şurası ermənilərin Azərbaycanın mədəni
irsinə yönəlmiş total hücumlarına qarşı
konkret tədbirlər görmək üçün qəti
addımlar atmağa çağır.
Respublika.- 2006.- 10 dekabr.- S.3.