Dövlət İdarəçilik Akademiyasında İnformasiya Texnologiyası Mərkəzi açılmışdır

 

Dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnformasiya Texnologiyası Mərkəzinin açılış mərasimi keçirilmişdir.
Akademiyanın rektoru, professor Seyfəddin Qəndilov mərasimi açaraq demişdir ki, son illər ərzində informasiya kommunikasiya texnologiyaları ilə bağlı görülmüş bir çox işlər nəticəsində ölkəmiz bu sahədə regionda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti həmin uğurların qazanılmasında həlledici rol oynamışdır. Dövlətimizin başçısı bu yaxınlarda Bakıda keçirilmiş 12-ci Beynəlxalq BakuTel sərgisinin açılışında informasiya-kommunikasiya texnologiyalarını (İKT) Azərbaycan iqtisadiyyatında neft sektorundan sonra ikinci prioritet istiqamət elan etmişdir. Biliyə yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün ölkəmizdə İKT-nin inkişafı hərtərəfli tətbiqi sahəsində bir çox tədbirlər həyata keçirilməkdədir. Hazırda elektron hökumətdən tutmuş, iqtisadiyyatın bütün sahələrini əhatə edənElektron Azərbaycandövlət proqramı həyata keçirilir. Dövlət İdarəçilik Akademiyasındakı bu mərkəzdə yeni fəaliyyətə başlayanDövlət idarəçiliyində informasiya texnologiyalarıkafedrası da bu proqrama öz töhfəsini verməyə çalışacaqdır. Kafedranın müəllimləri gələcək dövlət məmurlarına informasiya texnologiyalarını öyrətməklə yanaşı, özləri bu proqramın həyata keçirilməsində fəal iştirak edirlər. Müasir tələblərə cavab verən yeni kompyuter mərkəzinin açılması da Azərbaycan Prezidentinin siyasətinin reallaşmasına Akademiyanın tələbələri müdavimlərinin böyük hədiyyəsidir.
Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mərkəzlə tanış oldular.
Kompyuter mərkəzində iki kompyuter sinfi, salon, otaqları müasir texnologiyalarla təmin edilmiş, lokal şəbəkə yaradılaraq internetə qoşulmuşdur. Bütün bunlar mərkəzdə beynəlxalq səviyyədə elektron-konfransların keçirilməsi üçün şərait yaradır.
Sonra yeni açılmış mərkəzin kompyuter salonunda Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin Azərbaycan dilində terminoloji lüğətinin (sözlüyünün) ictimai müzakirəsi mərhələsinə dair yekundəyirmi masakeçirilmişdir.
Dəyirmi masanın iclasını Prezidentin İcra Aparatının İnformasiya Resursları Texnologiyaları şöbəsinin müdiri, lokallaşdırma layihəsinin hazırkı mərhələsinin moderatoru Elmir Vəlizadə açmışdır. O, İKT sahəsinin bütün işçi mütəxəssislərini 6 dekabr peşə bayramı münasibətilə təbrik etmiş, Prezidentin sərəncamı ilə bu bayramın təsis edilməsinin sahənin inkişafına dövlət qayğısının təzahürü olduğunu bildirmişdir.
İndiyədək g
örülən işlərin həcmini qiymətləndirən moderator işçi qrupuna daxil olan söz ifadələrin sayı barədə məlumat vermişdir. O, Azərbaycanda informasiya texnologiyalarının inkişaf prosesinə, o cümlədənMicrosoftkorporasiyasına məxsus məhsulların lokallaşdırılmasına bu ya digər şəkildə cəlb edilmiş müxtəlif dövlət strukturları ictimai qurumlarla işçi qrupun sıx əməkdaşlıq etdiyini bildirmişdir.
E.Vəlizadə demişdir ki, Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin terminlərinin tərcüməsinin ən optimal variantlarının müəyyənləşdirilməsində Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin Azərbaycan Dövlət Neft Akademiyasının müəllim-tələbə heyəti arasında aparılan sorğunun nəticələri əhəmiyyətli rol oynamışdır. İctimai müzakirələrin fəal iştirakçılarından biri AzərTAc olmuşdur.
Moderator sözlüyün bəzi mübahisəli terminləri ilə bağlı işçi qrupun təklif etdiyi son variantları da iştirakçıların diqqətinə çatdırmışdır.
Dəyirmi masaiştirakçıları görülən işlərin həcmi keyfiyyəti ilə bağlı fikirlərini, işçi qrupun fəaliyyətinin bəzi aspektlərinə dair təklif iradlarını bildirmiş, həmkarlarının müzakirəsinə bir sıra maraqlı təkliflər çıxarmışlar.
Tədbirdə çıxış edənMicrosoft Azərbaycanşirkətinin Korporativ sifarişçilərlə üzrə direktoru Teymur Axundov Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin lokallaşdırılması layihəsinə göstərdikləri marağa görədəyirmi masaiştirakçılarına, dövlət strukturlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinə, habelə informasiya texnologiyalarının sıravi istifadəçilərinə təşəkkür etmişdir. O, birgə səylərin yekun məhsulunMicrosoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin Azərbaycan dilində sözlüyünün keyfiyyətinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu söyləmişdir.
Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin Azərbaycan dilinə tərcüməsinin təşəbbüskarı sponsoruMicrosoftkorporasiyasıdır. Lokallaşdırma işləriMicrosoft Azərbaycanşirkəti ilə onun Azərbaycandakı rəsmi tərəfdaşı olanSinam Ltd.” şirkəti arasında bağlanmış müqavilə çərçivəsində həyata keçirilir.
Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin hər bir anlayışı üzrə Azərbaycan dilində müvafiq yekun ekvivalenti moderator tərəfindən seçilərək, xüsusi saytda təsdiqləndikdən sonra bu anlayışlar lokallaşdırılmış (tərcümə edilmiş) hesab olunacaqdır. Bütün anlayışlar üzrə yekun tərcümə variantları təsdiq edildikdən sonra sözlüyün lokallaşdırılması işləri bitəcəkdir. Microsoftkorporasiyasının ən yeni məhsullarının bütün interfeysinin tərcüməsi xüsusi Language İnterface Pack (LİP) paketinin yaradılması üçün Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin hazır terminoloji lüğətiMicrosoft AzərbaycantərəfindənSinam ltd.” şirkətinə veriləcəkdir. Gələcəkdə LİP paketinin kompyuterlərə yüklənməsi istifadəçilərə Microsoft Windows Vista əməliyyat sisteminin 2007 Microsoft Office paketinin Azərbaycan dilindəki tam versiyaları ilə işləmək imkanı verəcəkdir.

Xalq qəzeti.- 2006.- 6 de­kabr.- S. 2.