Elmanoğlu Samir
İnformasiya texnologiyaları neftdən sonra prioritet
sahəyə çevriləcək
Qloballaşan dünyada informasiya və kommunikasiya
texnologiyalarının bütün sahələrdə
tətbiqi bəşəriyyətin qarşısında dayanan
ən vacib və aktual problemlərdən sayılır. Elmi-texniki tərəqqinin
son nailiyyətlərinə
əsaslanmaqla müasir
informasiya texnologiyalarının
sürətlə inkişaf
etdirilməsi son 10 ildə Azərbaycanda da dövlətin qarşısında duran prioritet vəzifələrdən
birinə çevrilmişdir.
Yeni dövrün çağırışı,
cəmiyyətin sosial
sifarişi kimi son illər dövlət səviyyəsində
informasiya kommunikasiyalarının
inkişafına xüsusi
diqqət yetirilir.
Ümummilli liderimiz Heydər Əliyev
1993-cü ildə xalqın
tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra bu sahənin ardıcıl surətdə inkişafına xüsusi
diqqət yetirmiş, ötən müddətdə
rabitə və informasiya texnologiyalarının
fəaliyyəti üçün
zəruri hüquqi-normativ
baza formalaşdırılmış,
maddi-texniki təminat müasir tələblərə
uyğunlaşdırılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin
2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının
inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları
üzrə (2003-2012-ci illər)
Milli Strategiya" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda
tətbiqi sahəsində
prioritet vəzifələri
müəyyənləşdirmişdir. İnformasiya texnologiyaları
sahəsində qanunvericilik
bazasının inkişafı
üçün bir
neçə qanun - poçt haqqında, informasiya təhlükəsizliyi,
elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar Milli Məclis tərəfindən
qəbul olunmuşdur.
Qloballaşma dövrünün reallıqları nəzərə
alınaraq çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması da vacib məsələlərdən
biri kimi nəzərdən keçirilmişdir.
2003-cü ilin 15 oktyabrında
cənab İlham Əliyevin xalqın böyük etimadını
qazanaraq Azərbaycan Prezidenti seçilməsi ilə respublikamızın
rabitə və informasiya texnologiyaları kompleksində yeni mərhələnin əsası
qoyulmuşdur. Dövlət başçısı İlham
Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli
yüksəlişinin təmin
edilməsi, respublikamızın
bu sahədə əlverişli tranzit ölkəyə, regional mərkəzə çevrilməsidir.
Cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə
- 2003-cü il dekabrın
10-dan 12-dək BMT-nin mandatı altında Cenevrədə təşkil
edilmiş İnformasiya
cəmiyyəti üzrə
dünya sammitində iştirakla başlamışdır.
Azərbaycan Prezidenti həmin sammitdə bəyan etmişdir ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının
inkişafı Azərbaycanın
sosial-iqtisadi inkişafında
prioritet sahələrdən
biri kimi nəzərdən keçirilir.
Bu sahələrin inkişafı Azərbaycanda
sosial-iqtisadi inkişafın,
sivil dünya dəyərlərinin, insan
hüquqlarının etibarlı
təminatı və demokratikləşmə prosesinin
sürətləndirilməsi baxımından olduqca zəruridir. Prezident İlham Əliyevin sammitdə qeyd etdiyi kimi, respublikamızın
Cənubi Qafqazda bu sahədə liderlik etməsi kifayət qədər ciddi zəminə əsaslanır. Azərbaycan
neftdən qazanılan
gəlirləri qeyri-neft
sektoruna, o cümlədən rabitə
və informasiya texnologiyalarının inkişafına
yönəltməyi son
dərəcə vacib
sayır. Azərbaycanın
yaxın illərdə
informasiya ixrac edən ölkələrdən
birinə çevrilməsi
də aparılan islahatların başlıca
qayəsini təşkil
edir.
Azərbaycan Prezidentinin imzaladığı
24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi
tədbirləri haqqında"
fərmanda və 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair dövlət proqramında bir sıra sahələrlə
yanaşı, rabitə
və informasiya texnologiyalarının inkişafına
xüsusi diqqət ayrılmışdır. 2004-cü il fevralın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
yaradılması isə
bu sahənin inkişafında yeni mərhələnin əsasını
qoymuşdur. Nazirliyin
qarşısında duran
əsas məqsəd Azərbaycanda XXI əsrin tələblərinə cavab
verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatımızda
əsaslı və prioritet yer tutan
informasiya və kommunikasiya məhsulları
sektorunun yaradılmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin informasiya texnologiyalarının
geniş tətbiqi sahəsində ən böyük addımlarından
biri kimi 2004-cü il avqustun 21-də imzalanmış dövlət proqramını
xüsusi qeyd etmək lazımdır. Dövlət
başçısının "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı
haqqında" fərmanı
2005-2007-ci illər ərzində
təhsilin keyfiyyətinin
yüksəldilməsində, gənclərin inkişafında
və ümumiyyətlə,
Azərbaycanın tərəqqisində
müasir texnologiyaların
rolunu bir daha təsdiqləmişdir.
Bu proqram ölkədə yeni informasiya texnologiyalarından istifadə
olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq
məqsədi daşıyır.
Prezident İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər
üçün Dövlət
Proqramı"nın
(Elektron Azərbaycan) imzalanması isə bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini
nəzərdə tutan,
rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş
tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş
yayılmasını təmin
edən təkmil fəaliyyət konsepsiyasıdır.
Proqramda nəzərdə tutulmuş
tədbirlər nəticəsində
2008-ci ildə Azərbaycan
informasiya texnologiyalarının
inkişafı sahəsində
ümumdünya orta göstəricilərinə çatacaq,
bu sektorun inkişafına 150 milyon
ABŞ dolları yönəldiləcəkdir.
İnformasiya texnologiyalarının
geniş tətbiqinə
xidmət edən dövlət proqramının imzalanması, şübhəsiz, ölkənin
ümumi sosial-iqtisadi inkişaf tempi ilə şərtlənir.
Bütün sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin
müasir texnologiyalar əsasında qurulması,
ilk növbədə,
zamanın tələbindən
irəli gəlir.
2006-cı ilin oktyabr ayında
"BAKUTEL-2006" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransının
açılışı mərasimində çıxış
edən dövlət başçısı
cənab İlham Əliyev bu sahənin ölkəmiz üçün strateji əhəmiyyət kəsb
etdiyini bir daha vurğulamışdır.
Azərbaycan iqtisadiyyatının
sürətlə inkişaf
etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizdə informasiya
texnologiyalarının inkişafı
sahəsində də
geniş potensialın
mövcudluğunu diqqətə
çəkmişdir: "EBizim
gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır,
izləməlidir. Ən
qabaqcıl texnologiyalar
Azərbaycana gəlməlidir.
Bir sözlə, ölkənin inkişafı
məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə
baxsaq, görərik ki, o inkişafın,
tərəqqinin əsas
səbəbləri təbii
ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".
Neftdən sonra iqtisadi
inkişaf prosesində
estafetin rabitə və informasiya texnologiyalarına keçməsi,
bu sahənin prioritetə çevrilməsi
niyyətini bəyan etmiş dövlət başçısı İlham
Əliyev qarşıya
qoyduğu məqsədin
qısa müddətdə
gerçəkləşdirilməsinə çalışır. Dövlət
başçısının rəhbərliyi altında
həyata keçirilən
kompleks tədbirlər
Azərbaycanın yaxın
perspektivdə informasiya
texnologiyaları sahəsində
aparıcı dövlətlərdən
birinə çevriləcəyini
əminliklə söyləməyə
ciddi əsaslar verir.
Azərbaycan.- 2006.- 10
dekabr.- S. 3.