Mirkişili T.
İnformasiya texnologiyalarının inkişafına dövlət
qayğısının təzahürü
İki qitənin, iki dənizin, iki mədəniyyətin, iki dinin sərhədində yerləşən Azərbaycan
tarixən böyük
iqtisadi-siyasi maraqların
kəsişdiyi və
özünün də
böyük potensialı
olan bir ölkədir. Bu amil bəzən dəyərləndirilmiş, çox
hallarda isə bu amildən demək olar ki, istifadə olunmamışdır.
Keçən əsrin sonlarında öz dövlətçiliyini
bərpa edən bu ölkənin qarşısında duran ən vacib məsələlərdən
biri bu amilin
düzgün qiymətləndirilməsi
və ondan maksimum istifadə olmuşdur. Bu məsələlər
həllini ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə tapmışdır.
Hörmətli Prezidentimiz
İlham Əliyevin hakimiyyətə gəlişi
ilə ölkə iqtisadiyyatına ikinci bir nəfəs verilmiş və inkişaf iqtisadiyyatın bütün sahələrində
hiss edilməkdədir.
Müasir dövrdə bütünlükdə
ölkə iqtisadiyyatının
inkişafını informasiya
texnologiyalarsız təsəvvür
etmək qeyri-mümkündür. İT sahəsi ölkələr
üçün rəqabət
üstünlükləri yaradan
və ölkə imicini dəyişən ən mühüm amilə
çevrilmişdir. Məhz bu
amili yüksək qiymətləndirən cənab
İlham Əliyev Cenevra sammitinda ölkəmizin İT sahəsində
konkret maraqlarını
ifadə etmiş, bu sahənin inkişafinın Azərbaycan
xalqı və hökuməti uçün
çox mühüm olduğunu
ona çəkmişdir.
Biz də
ölkənin aparıcı
İT şirkətlərindən biri kimi, üzərimizə
düşən tarixi
yükü dərk edərək bu istiqamətdə keyfiyyətcə
yeni və milli maraqları əks etdirən, kifayət qədər yüksək səy və dözümlülük
tələb edən addımlar atmaq qərarına gəldik.
2003-cü ilin ortalarından başlayaraq
ilin sonuna qədər ABŞ-ın İntel Korporasiyası,
Microsoft şirkəti, ASBiSS
beynəlxalq şirkəti
ilə aparılan danışıqlar öz,
bəhrəsini verdi. MDB və Şərqi Avropa ölkələrinin əksəriyyətinin
daxil olduğu məkanda ikinci (Rusiyadan sonra),
yerləşdiyimiz coğrafi
regionda Türkiyədən
sonra ikinci bir layihə həyata keçirildi: Azərbaycanda milli marka (NEXUS) adı altında noutbukların (daşınan mobil komputerlarin) istehsalına başlanıldı. İlk
nümunəsi tarixi an kimi hörmətli
Prezidentimizə təqdim
olunan NEXUS noutbuklarının
buraxılışını yüksək qiymətləndirən
cənab İlham Əliyev ölkə hüdudlarıın aşmağı
və ixraca yönəlməyi vacib bilmişdir. Qeyd etmək istərdim
ki, seçilən istiqamət kifayət qədər mürəkkəb,
məsuliyyətli və
riskli bir istiqamət idi. Məqsədimiz: ölkəmizin
yüksək texnologiya
ilə təmin olunmasını sürətləndirmək,
yeni iş yerlərinin açılması,
ölkəmizin İT imicini
yüksəltmək, rəqəmsal
bərabərsizliyin (Digital Divide) azalmasına yardım, ixracyönümlü sahələrin
asasını qoymaq va s. olmuşdur.
Qısa vaxt ərzində Azərbaycan, Rusiya, Türkiyə, Orta Asiya Gürcüstan, İran bazarına test məqsədilə çıxarılan
"Made in
Azərbaycan ərazisi və əhalisi böyük olmayan bir ölkədir. Yerlaşdiyimiz coğrafi mövqe, müasir iqtisadi-nəzəri
fikirlər, aparılan
iqtisadi-siyasi kurs bunları deməyə imkan verir ki,
bizim iqtisadi inkişafımızın strateji
xətti ixracyönümlü
sahələrin inkişaf
etdirilməsidir. Bunun üçün
lazım olan intellektual qabiliyyət, işgüzarlıq, işçi
intizamı, daxili istək bizim xalqımızda movcuddur.
"Asiya əjdahaları"
ölkələrinin təcrübəsi
göstərir ki, əhalisi və ərazisi böyük olmayan ölkələrdə
ixracyönümlü sahələrin
inkişafında ən
böyük təkani
dövlət yardimi və dəstəyi oynaya bilər. Möhtərəm Prezidentimiz İlham
Əliyevin rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə
bayramı gününün
təsis edilməsi haqqında verdiyi sərəncam bu sahəyə diqqət və qayğının təzahürü kimi qiymətləndiririk.
Milli maraqları
öna çəkən,
öz maraqlarımızı
milli maraqlar çərçivəsində görən bir şirkət kimi, hökumətimizin dəstəyi
ilə iqtisadiyyatımızı
inkişaf etdirmək,
ölkəmizi yeni texnologiyalar mərkəzinə
çevirmək, Azərbaycan
iqtisadiyyatının xaricə
ekspansiya edan bir iqtisadiyyata çevrilməsini görmək
istəyən, xaricə
yüksək texnologiyalar
ixrac edən bir ölkəyə çevrilmək va s. maraqındayıq.
Bizim əsas
məqsədimiz Azərbaycan
dövlətinin hərtərəfli
dəstəyi və birgə səylərimiz əsasında ixracyönümlü milli
istehsal strukturlarını
artırmaq və yaranmış tarixi şansdan istifadə edərək ölkəmizi
daha da gücləndirməkdir.
Respublika.- 2006.- 6 dekabr.- S. 3.