Azərbaycan Respublikasının Şahdağ Milli Parkının yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamə


Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadə edilməsini, ekoturizmin inkişaf etdirilməsini və “Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında ”İnkişaf krediti haqqında Saziş" (Kənd Ətraf Mühit Layihəsi)" üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1.
İsmayıllı Pirqulu dövlət təbiət qoruqlarının (21014 ha) Azərbaycan Respublikasının İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqlarının (81797 ha) bazasında həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən istifadəsiz yaylaqları da (13084 ha) daxil olmaqla, 115895 ha sahədə Azərbaycan Respublikasının Şahdağ Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Şahdağ Milli Parkının sxemini təsdiq etsin;
2.2. ölkənin həmin regionunun sosial-iqtisadi tələbləri ətraf mühitin vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Şahdağ Milli Parkının gələcəkdə genişləndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirləri həyata keçirsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 dekabr 2006- il.

 

Xalq qəzeti.-2006.-9dekabr.-S.2.