Mədəniyyət istirahət parkı ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Xaçmaz mədəniyyət və istirahət parkında da olmuşdur.
Şəhər sakinlərinin istirahətindən ötrü gözəl şəraiti olan parkda uşaqlar üçün xüsusi guşələr yaradılmış, müxtəlif yelləncəklər, oyuncaqlar quraşdırılmışdır. Süni çaylar, şəlalə fəvvarələr istirahət guşəsinə xüsusi yaraşıq verir. Parkda 50 növ agac əkilmişdir.
Parkı gəzən Prezident İlham Əliyev burada yaradılmış şəraiti, səliqə-sahmanı yüksək qiymətləndirdi.

 

Azərbayacan.-2006.-8 dekabr.-S.4.