Əliyeva Jalə
Mədəniyyətlərin
qloballaşması xalqlar
arasında əlaqələrin
yaxınlaşmasına xidmət
etməlidir
Bazar iqtisadiyyatının və
informasiya texnologiyalarının
sürətlə inkişafı
dünya dövlətləri
sistemində müxtəlif
maddi və mənəvi dəyərlərə,
o cümlədən mədəni düşüncələrə
malik xalqlar arasında əlaqələrin
harmonik uzlaşmasını
və inkişafını tələb edir. Əgər
bu gün dünyada mövcud münaqişələri ədalətli
şəkildə həll
edib bəşəriyyətə
sabitlik və sülh gətirmək istəyi varsa, ilk növbədə başqa mədəniyyətlərə
və düşüncələrə
sahib xalqların özünəməxsusluğuna hörmətlə yanaşmalı,
etnomədəniyyətin xüsusiyyətləri
nəzərə alınmaqla
onun bəşəri dəyərlərlə uzlaşmasına
nail olmalıyıq.
Dövlətlər arasında iqtisadi
əlaqələrin inkişafının
qloballaşması və
tədricən vahid dünya iqtisadi məkanının formalaşması
dünya dövlətləri
sistemində yaşayan
xalqların mədəniyyətlərinin,
mədəni düşüncələrinin
və davranışlarının
bu reallığın tələblərinə
uyğun olaraq formalaşması zərurətini
yaratmışdır. Lakin bu formalaşma prosesi digər xarici mədəni dəyərlərin
kortəbii şəkildə
mənimsənilməsindən ibarət olmayıb, öz etnomədəniyyətinin
başqa mədəniyyət
nümayəndələrinə təbliğ edilməsini və mədəni dəyərlərin qarşılıqlı
mübadiləsini
tələb edir. Şübhəsiz, mədəni
dəyərlərin qarşılıqlı
mübadiləsinin və
sintezinin ana xəttini bəşəriyyətin
çiçəklənməsinə, onun düzgün və ədalətli inkişafına xidmət edən vahid dünya mədəniyyətini
formalaşdırmaq, sosial-mədəni münasibətlərin
harmonik inkişafına
nail olmaq təşkil etməlidir. Dünya mədəniyyətinin
vahidliyinə nail olmaq, günümüzün
reallıqları fonunda
çətin görünsə
də, sabahımızın
tələbi və bəşəriyyətin gələcək
inkişafı üçün
başlıca təminat
olacaqdır. Biz bu həqiqəti bu gün söyləməsək,
sabah həmin həqiqət özü-özünü
söylətməyə vadar
edəcəkdir. Bu baxımdan mədəniyyətlərin
qloballaşması və
bu sahədə mövcud problemlərin nəzəri təhlilinin araşdırılması olduqca
əhəmiyyətlidir.
Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının
və informasiya texnologiyalarının inkişafının
nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə
inteqrasiyasını, onlar
arasında mədəni
əlaqələrin inkişafını
və qarşılıqlı
mədəni təsirini
nəzərdə
tutur.
Mədəniyyətin qloballaşması
dünya mədəni
dəyərlərinin sintezini
və yeni formada təşəkkülünü
ehtiva edir. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin
genişləndirilməsi, onların
ünsiyyəti və
qarşılıqlı şəkildə
bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını
şərtləndirir. Lakin
belə yaxınlaşma
heç də təsirsiz ötmür. Bu, azsaylı xalqların özünəməxsusluğunun
böyük xalqların
mədəniyyətinin təsiri
altında unudulmasına,
mədəni eyniliyin yer almasına şərait yaradır.
Hər hansı bir dövlət iqtisadi inkişafa nail olmaq istəyirsə,
o, artıq iqtisadi yüksəlişi
əldə etmiş dövlətlərin tarixi
sınaqlarından uğurla
çıxmış iqtisadi
qanunlarını tətbiq
etməlidir. Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün
eynidir. İqtisadiyyatda
inkişafın əldə
olunması cəmiyyətdə
mədəniyyətin bir
forması kimi iqtisadi mədəniyyətin
təşəkkülünə təkan vermiş olur. Digər mədəniyyət formalarından
fərqli olaraq iqtisadi mədəniyyət
qanunlarının ümumiliyi
nəticəsində məzmununa
görə eyniliyi şərtləndirir. Bu baxımdan
dünya dövlətləri
sistemində vahid iqtisadi mədəniyyətin
formalaşdırılması iqtisadi qanunların tətbiqi ilə mümkündürsə, bu,
artıq iqtisadi mədəniyyət fonunda
mənəvi mədəniyyətlərin
uzlaşmasına və
mübadiləsinə real
imkanlar açmış
olur. Yalnız iqtisadi inkişafa nail olmaq yolu
ilə mədəni dəyərlərin uzlaşmasına
və harmoniyasına nail olmaq mümkündür.
Dünya əlaqələrinin
qloballaşması bizim
iradəmizdən asılı
olmayaraq inkişaf edən bir prosesdir.
Buna qarşı etiraz etmək heç bir məntiqə sığmır.
Lakin vahid iqtisadi mədəniyyətin
formalaşması prosesi
öz-özlüyündə
bir çox xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə
real təhlükələr
yaradır. Beləliklə,
qloballaşma neqativ və pozitiv tərəflərə malikdir.
Qloballaşmanın neqativ
tərəfi mədəni
özünəməxsusluğun qismən və ya tam itirilməsi
təhlükəsi ilə
bağlıdır. Qloballaşmanın
pozitiv tərəfi isə xalqların dünya sisteminə inteqrasiya olunması prosesinin sürətləndirilməsi,
başqa xalqlarla mədəni əlaqələrin
genişləndirilməsi və
insanların miqrasiyası
ilə bağlıdır.
Qloballaşma siyasi və
fəlsəfi kateqoriya
olaraq insan amili ilə məntiqi bağlılığa
malikdir. Ətraf aləmdə baş verən istənilən hadisə insan tərəfindən qəbul
edilməklə onun şüurunun süzgəcindən
keçir. İnsan şüurunda baş verən dəyişikliklər
ilk növbədə onun həyatının
məqsədi və dəyəri ilə bağlıdır. Mənalı
ömür sürmək,
sağlam fiziki və psixi aləmdə
yaşamaq daim insanın arzusu olmuşdur. Bu arzuya çatmaq
üçün yeni maddi və mənəvi
dəyərlərin təcəssümü
kimi qloballaşmanın
tələblərinə cavab
verən mədəniyyətin
mənimsənilməsi və
bu dəyərlərə
əsaslanan dünyagörüşün
ifadə edilməsi şərt kimi irəli sürüldükdə,
şübhəsiz
ki, bəşər övladı bu şərtləri qəbul
etməyə üstünlük
verəcəkdir. Qloballaşma
yeni dünya nizamını və dünyanın yeni mənzərəsini formalaşdırdığından
onun mədəni dəyərləri də bu mənzərənin tələblərinə cavab
verməyə hazır
olmalıdır.
Bu gün cəmiyyətimizin inkişafının
müasir mərhələsində
sosial-mədəni şüurun inkişafına
təsir edən amillərdən biri də qloballaşma ilə bağlıdır.
Belə qloballaşmanın başlıca
problemlərindən biri
etnomədəniyyətlə "qloballaşma mədəniyyəti"
arasında qarşılıqlı
əlaqələrin qurulması
sərhədləri, onların
bir-birinə təsirinin hüdudları
ilə bağlı konkret meyarların və doktrinaların olmamasıdır.
Beləliklə, qloballaşmaqda
olan dünyamızda baş verən dəyişikliklər onun
mədəni dəyərlərindən
yan keçə bilməz. Yeni mədəni dəyərlər
yeni məna ifadə etdiyindən və dünyamızın
yeniləşməkdə olan
mənzərəsinə sakin
olduğundan bu dəyərlərin daşıyıcısı
olan insan yeni nöqteyi-nəzərdən öyrənilməli
və onun davranışının ümumi
çərçivəsi müəyyən edilməlidir.
Azərbaycan.- 2006.- 1 dekabr.- S.3.