Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

 

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Dövlətimizin başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi hava limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan qız Prezidentə gül-çiçək təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi. Hava limanına gəlmiş minlərlə naxçıvanlı Prezident İlham Əliyevi hərarətlə salamladı.

Xalq qəzeti.2006.-21 dekabr.-S.2.