Dekabrın 7-də Xaçmaz şəhərində
Xalça muzeyi istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
150 kvadratmetr sahəsi
olan bu muzeydə,
əsasən müxtəlif
çeşnili Quba, Dərbənd, Şirvan xalçaları, xalq sənəti nümunələri
nümayiş etdirilir.
Burada yerli sənətkarlar tərəfindən
toxunan xalçalar da toplanmışdır. Ekspozisiyada yüzə yaxın xalça və xalça məmulatı vardır. Yerli sakinlər də bu sənət
növü ilə bağlı əl işlərini muzeyə təqdim edirlər.
Dövlətimizin başçısı
muzeyin ekspozisiyası ilə yaxından tanış oldu. Prezident İlham Əliyevə xatirə olaraq xalça və Xaçmaz rayonuna səfərlərini
əks etdirən fotoalbom hədiyyə edildi.
Xalq qəzeti.-2006.-8 dekabr.- S.5.