Qədim nadir dini əlyazmalar böyük maraq doğurur

 

Daşkənddəki Teymurilər Tarixi Dövlət Muzeyində eramızın 7-ci əsrində Xəlifə Osmanın tapşırığı ilə tərtib olunmuş nadir «Quran» kitabının surəti Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədisləri qeyd olunmuş qədim nüsxələr bu hədislərə yazılmış şərhlər numayiş etdirilir.

Eksponatlar arasında 8-ci əsrdə kufi xətti ilə köçürülmüş, Özbəkistanın Qaşqadərya vilayətinin Ləngər kəndindən tapılmış nadir «Quran» nüsxəsi, 8 9-cu əsrlərin ən mahir xəttatları tərəfindən üzü köçürülmüş, Əmir Teymurun Suriya İrandan gətirdiyi «Quran» əlyazmaları vardır.

  Muzeydə bildirmişlər ki,  Xəlifə Osmana məxsus «Quran» ın orijinalı Özbəkistan Müsəlmanları idarəsinin kitabxanasında saxlanılır. «Quran» ın ayrı-ayrı hissələri məhz Xəlifə Osmanın göstərişi ilə yığılaraq toplu halına salınmışdır «Quran» mətninin tam halda bizim günlərə qədər gəlib çatması onun xidmətidir.

Xatırladaq ki, Özbəkistan Elmlər Akademiyasının şərqşünaslıq İnstitutu, Daşkənd İslam Universiteti Özbəkistan Müsəlmanları idarəsinin kitabxanasında müsəlman aləminin müxtəlif dövrlərinə aid 100 min cilddən artıq nadir əlyazmalar saxlanılır. Onların yarıdan çoxu dini traktatlardır.

 

Yeni həyat.- 2006.- 30 noyabr-6 dekabr.- S. 8.