Turizmin təşkili işi peşəkarlıq tələb edir

 

Planetimizin hər yerində turizmin inkişafına dövlətlər və sivilazisiyalar səviyyəsində böyük maraq göstərilir. Turizm müasir dövrdə qlobal əhəmiyyətə malik, sosial iqtisadi əlaqələri tənzimləyən, ölkələr xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznesin əhatə dairəsini genişləndirən xidmət sahəsidir. Keçən əsrin sonlarında dünyada turizmdən əldə edilən gəlirin həcmi 450 milyard dollardan artıq, onun inkişafının orta illik artımı 4,3 faizdən çox olub. Aparılan hesablamalara görə 2020-ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq, həmin ildə turistlərin sayı 1,5 milyard nəfəri ötəcək.
Azərbaycan da bu inkişafdan geri qalmayacaq. Çünki turizmin sosial-iqtisadi maraqlarının təminatı üçün ölkəmizin kifayət qədər təbii-coğrafi potensialı var. Xəzərin sahilləri, Muğan, Qarabağ, Mil düzləri, dağlarımız, meşələrimiz, çaylarımız, bulaqlarımız, göllərimiz, yaylaqlarımız, tarixi memarlıq abidələrimiz turistlərin cəlb olunması üçün diqqətçəkən obyektlərdir. Sahibkarlıq gücləndikcə bu obyektlərin hər birində turizm mərkəzlərinin təşəkkülü imkanları artır.
Bütün bunlar Mədəniyyət Turizm Nazirliyinin müvafiq şöbələri tərəfindən hərtərəfli təhlil olunub. Hazırda turizmin maddi-texniki bazası üzərində kompleks aparılır. Bakıda, bölgələrdə dünya standartlarına uyğun otellər, əyləncə mərkəzləri, istirahət zonaları şəbəkəsi yaradılır, turizmin təşkilinin müxtəlif forma metodları tətbiq edilir. Odur ki, peşəkar turizm mütəxəssislərinə çox böyük ehtiyac var. Onlar ayrı-ayrı bölgələrin fiziki iqtisadi coğrafiyasını dərindən öyrənməli, turizmin təşkilinin təcrübi elmi əsaslarını işləyib hazırlamağı bacarmalıdırlar.
Mədəniyyət İncəsənət Universiteti Tətbiqi kulturologiya kafedrasının müdiri İlqar Hüseynovun Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşı, fəlsəfə elmləri namizədi, dosent Nigar Əfəndiyevanın birgə ərsəyə gətirdikləri "Turizmin əsasları" dərsliyi məhz turizm sahəsində çalışanların peşəkarlaşmasına kömək məqsədi daşıyır. Dərsliyin Bakı Kitab Klubunda təqdimatında o, Mədəniyyət İncəsənət Universitetinin tarixində yenilik kimi qiymətləndirildi. Müəlliflər turizm sahəsinə kompleks şəkildə yanaşmış, turizm elminin müasir tələblərini nəzərə almışlar. Dərslikdə ölkədaxili beynəlxalq turizmin təcrübəsinə istinad edilib, milli adət ənənələr, dini xüsusiyyətlər, turizmin sosial-iqtisadi mahiyyəti, tarixi mənşəyi, tədris problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri, turizmin təşkilinin forma metodları, növ tipləri, turist qrupları ilə mədəni-maarifləndirmə işi, dövlətin tənzimləyici rolu, uşaq yeniyetmələrlə ekskursiya işinin təşkili, digər məsələlər kulturoloji aspektdə tədqiq olunub.
"Mars-Print" Nəşriyyat-Poliqrafiya Firmasında çap edilmiş "Turizmin əsasları" kitabı ali orta ixtisas məktəblərinin professor-müəllim heyəti, tələbələr, mədəniyyət incəsənət işçiləri, turizm marketinqi mütəxəssisləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan.-2007.-19 iyun.-S.6.