Cabbarlı A.

 

Yurdumuz tezliklə dünya turizm arenasının zəngin guşələrindən birinə çevriləcək

 

Azərbaycan yalnız karbohidrogen ehtiyatları, təbii resursları deyil, həm turizm potensialı ilə tanınır diqqəti çəkir


Çağdaş dünyamızda dövlətlərin inkişaf parametrləri iqtisadi sahədəki uğurlarla məhdudlaşmır.
Əsrarəngiz təbiəti, əlverişli coğrafi mövqeyi, siyasi sabitliyi əlbəttə, qonaqpərvər əhalisi ilə seçilən ölkələr turizmdən əldə olunan gəlirlə bir çox iqtisadi və sosial problemlərini həll edə bilirlər. Təbii ki, bu proses asanlıqla mənimsənilmir, sınaqdan çıxmış texnologiyaların tətbiqi, yeni metodologiyalara müraciət, geosiyasi üstünlüklərdən bəhrələnmək qabiliyyəti digər nüanslar bu məsələdə xüsusi önəm daşıyır. Qardaş Türkiyənin turizm sahəsindəki nailiyyətləri Avropanın bir sıra qabaqcıl dövlətləri üçün əslində örnək sayıla bilər. Bəs Azərbaycanda vəziyyət necə qiymətləndirilir?
Son illər ölkəmizdə turizmin inkişafı sahəsində nəzərəçarpan işlər görülüb. Hələ Sovet İttifaqı dönəmində ümummilli lider Heydər Əliyevin Azərbaycanı turizm diyarına çevirmək barədə təşəbbüsü bu gün ardıcıllıqla, addım-addım reallaşmaqdadır. Vaxtilə ulu öndərin Xəzər sahillərinin Ümumittifaq sağlamlıq zonasına çevrilməsi barədə irəli sürdüyü müddəalar həqiqətə çevrilməkdədir. Başı qarlı dağları, yaşıl ormanları, gur sulu çayları, alp çəmənlikləri, laləzarlıqları, qədimdən qədim memarlıq abidələri ilə seçilən, sevilən Azərbaycanımızın məşhur turizm ölkəsinə çevrilməsi üçün başlıca real zəmini - ölkəmizdə yaradılan ictimai-siyasi sabitliyi qeyd etməliyik. Bütün bu amillər deməyə əsas verir ki, yurdumuz tezliklə dünya turizm arenasının olduqca zəngin guşələrindən birinə çevriləcək. Faktlar da bunu təsdiqləyir - əgər 2002-ci ildə ölkəmizə 450 min nəfər turist üz tutmuşdusa, 2006- ildə bu rəqəm bir milyonu keçmişdi. Təhlillər göstərir ki, bu statistika gələcəkdə artan templə müşayiət olunacaq. Mədəniyyət Turizm Nazirliyi Turizm İdarəsinin rəisi Aydın İsmiyev bildirir ki, ölkədə turizmin inkişafına dair hazırlanan Dövlət Proqramı qarşıdakı on ildə bir sıra problemləri həll etməyə imkan verəcək: "Sevindirici haldır ki, bir sıra dövlət qurumları ilə yanaşı, adamları xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətləri turizmin inkişafına kömək göstərmək barədə təkliflərini bildiriblər. Bizim nazirlik bu sahədə dövlət siyasətini həyata keçirir. Turizmin yüksək səviyyədə inkişafı üçün dövlət qurumlarının bizneslə məşğul olan soydaşlarımızın dəstəyinə ciddi ehtiyac duyulur".
Azərbaycan regionun ən inkişaf etmiş, qüdrətli dövləti kimi turizmdə öncül yerdədir. İndi dövlətimiz bu sahədə müstəqil siyasət yürüdür hansısa ölkə ilə, təşkilatla əlaqə qurmaqda tam sərbəstdir. Son dörd ayda on beynəlxalq turizm sərgisinin iştirakçısı olan Azərbaycan ABŞ, İspaniya, İtaliya, Almaniya, Rusiya, Gürcüstan, İran körfəzi ölkələri, Çin, Yaponiya, Cənubi Koreya digər dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ümumdünya Turizm Təşkilatının üzvü olan ölkəmizdə fəaliyyət göstərən 260 turizm şirkətinin fəaliyyətinin düzgün əlaqələndirilməsi Azərbaycana turist axınının gücləndirilməsinə yönəldilib. Yurdumuza səmtlənən turist marşrutlarının sayının çoxalması isə bir sıra mühüm amillərlə şərtlənir. Aydın İsmiyev ilk növbədə paytaxtın giriş qapılarının, xüsusən hava limanının dünya standartlarına cavab verməsini, respublikadaxili şose yollarının təmirini, yol kənarında göstəricilərin təzələnməsini, otellərin rahatlığını, ətraf mühitin mühafizəsini, yaşıllıqların qorunmasını, infrastrukturun normal fəaliyyətini xatırlatdı. Bildirdi ki, bütün bu komponentlər tam dolğunluğu ilə nəzərə alınmasa, turistlərə kompleks xidmətdən danışmağa, bütövlükdə ölkəmizin imicinin qorunması barədə düşünməyə dəyməz.
Müsahibimiz haqlıdır. Ölkəmizə gələn turistlər, qonaqlar ilk növbədə hər sahədə komfort arzulayırlar. Biz gərək qonağın qarşısına yüksək səviyyədə, beynəlxalq standartlara cavab verən şəkildə çıxaq. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla reallaşması bu məqsədə nail olacağımıza zəmanət verir. Hazırda mövcud olan 288 mehmanxana mehmanxana tipli obyektin heç hamısının müasir tələblərə cavab verməməsi təbii ki, müvafiq strukturların diqqətindədir təmir-bərpa işləri sürətləndirilməlidir. Yay istirahət mövsümünün tələbləri belədir.
Mədəniyyət Turizm Nazirliyi tərəfindən turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə turizm sektorunun xidmət sahəsində çalışanların hazırlığına xüsusi diqqət yetirilir. Türkiyənin Mədəniyyət Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən "Sosial davranışlar" "Yemək-içmək servisi" mövzularında keçirilən təlim kursları yaxşı səmərə verib. Respublika Mədəniyyət Turizm Nazirliyi ilə TÜRSAB-ın birgə layihəsi əsasında ölkəmizdə turizm üzrə təhsil alan tələbələrin Türkiyədə təcrübə keçməsi isə iyul-avqust aylarına təsadüf edəcək. Yeni mövsümə hazırlıq ərəfəsində Azərbaycanın turizm potensiallı rayonlarında fəaliyyət göstərən obyektlərdə xidmətin səviyyəsi mövcud infrastrukturun vəziyyətinin öyrənilməsi, təhlil edilməsi məqsədilə nazirliyin Turizm İdarəsinin mütəxəssisləri regionlara ezam olunublar. Müşahidələr göstərib ki, bir çox obyektlərdə sanitar-gigiyenik qaydalara, turistlərin təhlükəsizliyi normalarına o qədər ciddi əməl olunmur, xidmət sahəsində çalışan kadrların səviyyəsi aşağıdır, mehmanxanaların vəziyyəti narahatlıq doğurur. Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması məqsədilə info-turların təşkili uğurlu nəticələr verir. Almaniya Avstriyanın turist şirkətlərinin nümayəndə heyətlərinin Quba, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarına, Şəki Gəncə şəhərlərinə, Naxçıvan Muxtar Respublikasına səfərləri, turizm marşrutları üzərində yerləşən tarix mədəniyyət abidələri ilə tanışlığı ölkələrarası turist mübadiləsinə, əlaqələrin genişlənməsinə təkan verib. Azərbaycanın turizm potensialının zənginliyi, əhalinin qonaqpərvərliyi, tarix mədəniyyət obyektlərinin qədimliyi müxtəlifliyi qonaqlarda yaxşı təəssürat yaradıb.
Azərbaycanda turizmin inkişafı sahəsində görülən tədbirlər sırasında Bakı Turizm İnstitutunun yaradılmasını da xüsusi qeyd etməliyik. İndi bu təhsil ocağında 200 tələbə turizmin sirlərinə yiyələnir.
Bir neçə ildən sonra ölkəmizdə turizm sahəsində professional kadr problemi olmayacaq. Dünyanın bir sıra dövlətlərinin Azərbaycanla əməkdaşlığa üstünlük verməsi təbii ki, görünən üzdə olmayan problemlərin tezliklə həllini zəruri edir.

 

Azərbaycan.-2007.-2 iyun.-S.8.