Cavanşir L.
Azərbaycanda
turizmin potensialı böyükdür
Ənənəyə
görə hər il iyunun əvvəli turizm
mövsümünün başlandığı
dövrdür. Son illərin statistikası və marketinq
araşdırmaları bunu deməyə əsas verir ki, bu il
öz məzuniyyətini Azərbaycanda keçirmək və
ölkəmizlə daha yaxından tanış olmaq
istəyən xarici qonaqların sayı əvvəlki
illərdəkindən çox olacaq. Onlardan bir
çoxu mədəniyyətimizlə tanış olmaq,
digərləri Xəzərboyu regionun ekzotik təbiəti
ilə təmasda olmaq, üçüncülər
Şərq qonaqpərvərliyinin şahidi olaraq
möcüzəli Azərbaycan mətbəxinin
sürprizlərindən dadmaq, dördüncülər isə
öz dostlarından və yaxınlarından
Azərbaycan barədə eşitdikləri ən xoş
duyğuları yaşamaq və təsdiqləmək
üçün bu ölkəyə gəlməyə can
atırlar...
Axı nə üçün onlar Azərbaycan adlı
möcüzəli dünyanı özləri müstəqil
olaraq kəşf etməsinlər?! Xarici turistləri
Azərbaycana cəlb edən nədir? Bu sahəyə necə
nəzarət olunur və beynəlxalq əməkdaşlıq
prosesləri necə inkişaf edir? Bu və digər
sualları cavablandırmaq üçün biz Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini Teymur MehdiyevƏ müraciət etdik.
- Azərbaycanda turizm sənayesinin müasir inkişaf
mərhələsi bir çox sahələrin yenidən
qurulması ilə xarakterizə olunur. Müasir dövrdə
turizmin əsas məqsədi nədən ibarətdir? O bizim
üçün ölkənin iqtisadiyyatını kompleks
şəkildə inkişaf etdirmək və ya dünya
birliyinə fəal şəkildə inteqrasiya etməkdir?
- Bu sualların cavabı bir-biri ilə çox sıx
şəkildə bağlıdır, hər ikisinin öz
müsbət tərəfləri var. Birincisi, turizm bizim
iqtisadiyyatımızın bir hissə olmaqla xırda və
orta sahibkarlıq üçün möhkəm baza yaradır,
respublikanın 240-dan çox turizm firması yeni iş
yerlərinin açılmasına kömək edir. Regionlarda
infrastrukturun formalaşdırılması üçün
əlverişli şərait yaranır. Bütün bunlar,
əlbəttə, Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Proqramının
və yoxsulluğun aradan qaldırılması
Proqramının əsas müddəalarına cavab verir.
Azərbaycanda yoxsulluq kəskin şəkildə
azaldılıb, işsizlərin sayı minimuma endirilib. Bu vəzifə üç il bundan əvvəl
qarşıya qoyulmuşdu və bu müddət ərzində
bu sahədə görülən işlər sübut edir ki,
bizim ölkəmiz düzgün istiqamətdə inkişaf
edir. İstehsal proseslərinin planlı şəkildə
inkişaf etdirilməsi də turizm sənayesinin
inkişafı ilə bağlıdır. Son üç
ildə iqtisadi inkişaf səviyyəsinə görə
Azərbaycan dünyada birinci yerdədir. İkinci mühüm
məqam, Azərbaycan çox sürətlə dünya
birliyinə inteqrasiya edir və bu zaman ən qabaqcıl
dünya təcrübəsinə əsaslanır. Bilirsiniz ki,
ölkəmiz 2001-ci ildən UNWTO-nun - Ümumdünya Turizm
Təşkilatının həqiqi üzvüdür. Bu
mötəbər təşkilatın Baş katibi Françesko
Franjialli iki dəfə Azərbaycanda olub və
ölkəmizin daxili imkanlarını çox yüksək
qiymətləndirib. Biz UNWTO-dan işimizdə lazım olan
bütün sənədləşmələri, mümkün
olan yardımları, o cümlədən ölkənin turizm
potensialını qiymətləndirmək üçün
analitik materiallar alırıq. Azərbaycan
nümayəndələri UNWTO-nun himayəsi altında
keçirilən treninqlərdə mütəmadi olaraq
iştirak edirlər. Bir sözlə, UNWTO-nun köməyi
ilə dünya turizm birliyinə inteqrasiya prosesi baş verir.
Bizim ölkəmiz hər il keçirilən nüfuzlu turizm
sərgilərində, dünya səviyyəli
ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir
və beynəlxalq bazarda özünün turməhsullarını
nümayiş etdirir. Turizm sahəsində ölkənin
müsbət imicinin formalaşmasında AİTF Beynəlxalq
turizm sərgisinin çox böyük rolu var. Bu sərgi
dünyanın tanınmış xarici biznesmenlərini və
turizm sənayesinin görkəmli nümayəndələrini
ölkəmizə cəlb edir.
Azərbaycanda olmuş çoxlu sayda
turistlər də regionlarda yerli əhali tərəfindən
onlara göstərilən qonaqpərvərliyin
nəticəsində turtəkliflərin təbliğində müsbət
rol oynayır. Ölkənin bir çox rayonlarında
həmvətənlərimiz yaxşı bilir ki, xarici
turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək, hansı
adət-ənənələrlə tanış olmaq
istəyirlər, milli mətbəximizin hansı
yeməklərini daha çox xoşlayırlar, necə istirahət
edirlər, hansı servisə üstünlük verirlər,
başqa sözlə, qarşılıqlı əlaqə
və inteqrasiya sahəsi genişlənir.
- Xarici investisiyaların ölkəyə
cəlb olunması haqqında qanun, vəsaitlərin
ölkədən renatriasiya olunması haqqında qanun,
respublikanın sosial-iqtisadi ikişafı haqqında
Dövlət Proqramı və digər vacib dövlət
sənədlərinin həyata keçirilməsində
turizmin də fəal iştirakı nəzərdə tutulur.
Bununla əlaqədar xarici investorları və biznesmenləri
yerli bazara cəlb etmək mümkün olubmu? Turizm
sahəsində hansı layihələr daha perspektivlidir?
- Azərbaycanın turizm bazarında artıq almanlar,
ingilislər və türklər iştirak edirlər.
Onların fəaliyyətinin nəticəsi yüzfaizlik və
ya xarici kapitalla şərikli müasir turobyektlərin
(əsasən otellərin) tikilməsidir. Bu, əsasən
Turizmin İnkişaf Proqramına daxil olan perspektivli
layihələrə aiddir. Otel tikintisinin illik artım
sürətini rəqəmlərlə şərh etmək
olar. 2001-ci illə 2006-cı ilin göstəricilərini
müqayisə etmək yerinə düşər. Altı il bundan əvvəl respublikamızda 4 motel
və 2 digər təyinatlı obyekt də daxil olmaqla cəmi
86 mehmanxana mövcud idi. 2006-cı ildə isə artıq 143
mehmanxana, 23 motel, 122 müxtəlif profilli obyekt
fəaliyyət göstərirdi və müqayisə
üçün deyək ki, bu 2001-ci ildəki səviyyəni
3,5 dəfədən də çox ötüb
keçmişdi! Bu səbəbdən turistlərin və
qonaqların yerləşdirilməsi üçün
yerlərin sayı da artıb. Əgər 2001-ci ildə
yerlərin sayı 9403 idisə, 2006-cı ildə bu
rəqəm 24706-ya çatıb. Otel
biznesindən gələn gəlir hesabına
büdcəyə köçürmələr də
artır. 2002-ci ildə ödənilən verginin miqdarı iki
milyon beş yüz min manatdan çox olmuşdur. Ötən
ilin hesabatları isə göstərdi ki, dövlət
büdcəsinə 9,5 milyon manat pul
köçürülüb.
Mədəniyyət və Turizm Nazirliyi öz
tərəfindən bu və ya digər turizm fəaliyyəti
ilə məşğul olan regionları artıq
müəyyənləşdirib. Xarici iş adamlarınin
fikrincə, bu layihələr daha böyük maraq doğurur.
Məsələn, bizim tərəfimizdən Qusar qış
xizək kompleksinin yaradılması layihəsi
hazırlanıb. Bu layihə üzərində fransız
və avstriyalı ekspertlərlə birgə
işləmişik. Gələcək perspektivdə
"Sahil" layihəsinin reallaşması üçün
böyük işlərin görülməsi
nəzərdə tutulur. Xəzərin sahili boyu yeni
infrastrukturun yaranması üçün böyük
investisiyalar cəlb olunacaq.
Hazırda Azərbaycan ərazisində 7 milli park
yaradılıb. Artıq turist dəstələrinin
istirahəti və dincəlməsi üçün
istirahət zonaları da müəyyənləşdirilib.
Ekoloji turizmin bu cür mərhələli inkişaf
istiqaməti xarici səyahət həvəskarlarında
böyük maraq doğurur. Artıq fransızlar və almanlar
bizim meşələrlə tanış olmaq istəyirlər.
Bunun üçün bir sıra texniki məsələlər
həll olunmalıdır. Savadlı texniki personal
hazırlanmalıdır, həmçinin bu perspektivli
sahəyə əlavə kapital cəlb olunmalıdır.
Müasir turizm müxtəlif sahələrin seçimini
nəzərdə tutur, ekzotik istirahətin və turizmin daha
fəal növü ilə sintezinə üstünlük verir.
Məsələn, ovçuluq turizmi daha çox
dəbdədir. Burada hələlik üç təşkilat
xarici qonaqlar üçün bu cür xidmət növü
ilə məşğuldur, özü də onlar eyni zamanda
həm dağ kəlini ovlamaq, həm də balıq
tutmağı təşkil edə bilərlər. Nazirlik də öz növbəsində özəl
sektorun təklifini dəstəkləyərək, sahənin
fəaliyyətini tənzimləmək üçün
hüquqi əsaslar işləyib hazırlayır, bu turizm
növünün inkişaf etdirilməsi üçün
hüquqi baza yaradır. Yəqin ki, ölkəyə
turistləri daha çox cəlb etmək üçün yeni
ideya verən bir biznesmen tapılacaq və biz də onun bu
ideyasının gerçəkləşməsi üçün
öz xeyir-duamızı verəcəyik. Bazar
münasibətlərinə uyğun fəaliyyət
göstəririk, bu isə hər hansı bir dövlət
strukturu üçün məntiqi reallıqdır. 2006-cı
ildə Mədəniyyət və Turizm Nazirliyinin
təqdimatı ilə Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyi Sahibkarlığın
İnkişafına Yardım Milli Fondundan 32 xırda
və orta sahibkara kiçik otellər və istirahət
zonaları tikmək üçün 6,5 milyon manat vəsait
ayrılıb. Cari ilin 5 ayı ərzində 5 turobyekt 1,7
milyon manat vəsait alıb.
Bu gün ölkəmizin hüdudları
çərçivəsində daha çox
üstünlük verilən turizm fəaliyyətinə
mədəniyyət turizmi (bura çoxlu layihələr
daxildir), kənd, ekoturizm, ovçuluq, konfrans turizmi və s.
daxildir. Konfrans turizminin əhəmiyyəti daha
böyükdür. Bu gün Azərbaycanda keçirilən
beynəlxalq simpoziumlar, seminarlar və digər tədbirlər
ölkəyə çoxlu sayda xarici alimlərin və
mütəxəssislərin cəlb edilməsinə
səbəb olur.
- Regional turizmi inkişaf etdirmək hər hansı turizm
profilli ölkə üçün böyük
əhəmiyyət kəsb edir. Azərbaycanda daxili turizmin
inkişaf perspektivləri barədə nə deyə
bilərsiniz?
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
hazırlanmış turizm zonalarının Nizamnaməsi
baxılmaq üçün Nazirlər Kabinetinə təqdim
olunub. Məsələ belədir: bu və ya digər regionun
infrastukturunu yaradarkən biz planlı şəkildə yeni
yaranan turizm regionunun ən optimal "iş rejimi"ni"
üzə çıxarmaq üçün təhqiqat
aparırıq. Milli parklar bu yaxınlarda yaradılıb.
"Şirvan" 2002-ci ildən fəaliyyət
göstərir, "Şahdağ"ın isə hələ
bir yaşı tamam olmayıb. Bu obyektlərə giriş
pulludur.
Xaricdə fəaliyyət göstərən milli parkların
təcrübəsinə görə turizm və fermer
təsərrüfatı ilə ancaq qoruqla bufer zonası
arasında məşğul olmaq olar. Qoruq zonasında isə
hər hansı fəaliyyət qəti qadağandır. Bu
cür parklara yaxın ərazilərdə yaşayan yerli
əhalinin qazanc əldə etməsi üçün
şərait yaranır. Turistlərə yol
göstərən, aşbaz, sürücü,
bələdçi, qısası, servis xidməti
göstərən böyük heyət lazımdır.
Bizə isə peşəkar ovçu, gözətçi,
təbiət sahəsində mütəxəssis və ekoloq
lazımdır.
Qeyd etmək lazımdır ki, yeni turist
marşrutlarının fəaliyyətə başlaması
Azərbaycanda gözəl ənənələrə malik olan
tətbiqi incəsənət növlərinin
dirçəlməsinə müsbət təsir
göstərir. Turizm regionlarında yaşayan ustalarda milli
sənət növləri, əllə düzəldilən
suvenir və əşyaların istehsalı ilə məşğul
olmaq həvəsi yaranıb. Beş il öncə,
suvenirlər, əl işləri, orijinal
işləmələr o qədər az idi ki, turistlərə
nəsə təklif etməyə çətinlik
çəkirdik. Çeşid çox kasad idi. Bu gün
isə istər Bakının mərkəzində,
istərsə də hər hansı bir dağ kəndində həvəskar
kolleksioner xaricdə daha çox dəbdə olan çoxlu
çeşiddə keyfiyyətli milli mallar və suvenirlər
əldə edə bilər.
Məlum olduğu kimi, daxili turizmin inkişafı turbiznesin
inkişafında əvəzsiz rol oynayır. Bu
rəqəmlərdə də özünü göstərir.
Əgər Azərbaycana gələn hər bir xarici turist
ölkədə orta hesabla 750 dollar pul qoyub gedirsə, 2002-ci
ilin göstəricilərinə əsasən (428397
nəfər) gəlir 324 milyon dollardır. Ötən il
isə turistlərin sayı 975 min nəfəri
ötüb. Hesablamaq çətin deyil ki, ölkəmiz 730
milyon dollar qazanıb.
Əlbəttə, bu son hədd deyil, marketinq
araşdırmaları onu göstərir ki, daxili milli
məhsulun həcmi iqtisadiyyatın ümumi inkişaf tempi
ilə üst-üstə düşür.
Turizm kadr siyasətində də nəzərəçarpacaq
irəliləyişlər gözlənilir. Ötən il
Turizm İnstitutunun yaranması ilə əlamətdar oldu. Bu
ildən isə müxtəlif ixtisaslara yiyələnən
tələbələr infoturlarda iştirak etdilər.
Əlaçı tələbələr Avstriyada,
Türkiyədə və başqa ölkələrdə
ixtisaslarını artırmaq imkanına malik olacaqlar. Biz turizm
sənayesi üçün professional kadrlar, etibarlı
davamçılar hazırlayırıq.
Azərbaycan.-2007.-13 iyun.-S.6.