Həmidova Z
Bərpa edilən abidələrimiz
mədəniyyətimizə xidmət edəcək
Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs
şöbəsinin bərpa
layihələndirmə və
ekspertiza sektorunun müdiri Telman Kərimovla görüşüb
son vaxtlar nazirliyin prezidentin müvafiq sərəncamı ilə
bağlı gördüyü
işlərlə maraqlandıq.
- Hazırda sektorunuz hansı işlə məşğuldur?
- Mədəmyyət və Turizm Nazirliyinitı sifarişi ilə hazırda Balakən rayonunda Minarəli məscidin bərpası və abadlıq layihəsi, Zaqataladakı Qala divarlarında, Quba rayonundakı Rustov kənd məscidində,Nardaran qəsəbəsindəki
"Xan bağı"
abidəsinin ətrafinda,
Qax rayonunun İlisu kəndindəki Sitnuqqala abidəsi ətrafinda əhalinin seldən mühafizəsi,
Astara rayonunun Ərçivan kəndindəki
həm də, ümumilikdə 8-9 tarixi abidədə bərpa işləri apanlır.
- Layihə-smeta sənədlərini sektor
özü hazırlayır?
- Bəli, özümüz hazırlayınq.
Belə demək mümkündürsə, işimiz
iki
istiqamətdə apanlır.
Həm layihələşdiririk, həm
də layihəyə uyğun olaraq smeta dəyərini hazırlayıb dəqiqləşdinrik.
- Xərclənən
vəsait dövlət
büdcəsindən ayırır,
yoxsa qrant hesabma? - Qrant da olur, amma
əsasən dövlət
büdcəsi hesabına.
Xalqımızın öz milli-mədəni irsini özünə qaytarırıq. Onu da qeyd
edim ki, abidələrin bərpası
üçün siyahı
hazırlayanda tarixi dəyərlərimizi qorumağa
çalışırıq.Aydındır
ki, abidə tamam uçulub dağılmaq təhlükəsində
olanda daha çox vəsait tələb olunur.
Yəni texniki vəziyyətdən
çox şey asılıdır. - Lənkəranda
bu istiqamətdə işlər necə gedir?
- Lənkəranda
Dairəvi Qala(Zindan) abidəsinin
(X\7ni əsr)
bərpası və Turizm informasiya və xalq sənətkarlığı
nümunələri mərkəzinin
yaradılması layihəsi
üzərində işlərimizi
davam etdiririk. Hazırda burada bərpa işləri görülür.
Bundan başqa Balakən rayonundakı Minarəli məscidin bərpası və abadlaşdınlması
prosesi də davam edir. Qeyd edim ki,
təkcə bu il İsmayıllı
rayonundakı Basqal kəndındə XVII əsrə
aid olan hamamın bərpa və istifadə layihəsi hazırlanıb. Elə bu il də işimizin davamı olaraq bərpa işlerinə başlayacağıq.Hacıqabuldakı "Pir Hüseyn"xanəgahı
tarixi-memarlıq qoruğu
üçün inzibati
binanın tikıntisi
və qoruq ərazisindəki türbənin
konservasiya layihəsi belələrindəndir.
Bilirsiniz, tarixi abidələrimiz,onların
bərpa edilib əvvəlki vəziyyətinə
qaytarıllması bu günümüz üçün
çox önəmlidir.Əvvəlki
müsahibələrimdə də demişəm, indi də deyirəm:
biz bu abidələrin
hər biri barədə məlumatlı
olmalı və təbliğ etməliyik. Yeri gəlmişkən, deyim ki, Şamaxıda
olduğum 4 gün ərzində bu ərazidəki bütün
tarixi abidələrə
baş çəkib,
hansı dövrə,
hansı əsrə
aid olduğu ilə maraqlanıb fotoşəkillərini"çəkmişəm.
- Bundan sonra hansı işləri görməyi
planlaşdırırsınız?
- Dəvəçi
rayonunun Pirəbədil
kəndində Q.Musabəyovun
ev muzeyinin
bərpa və istifadə layilıəsi
hazırlanıb işə
başlanacaq.Şabran taıix-mədəniyyət
qoruğunun inzibati binasının tikintisi, Qobustan dövlət tarixi-bədii qoruğunun muzey və inzibati
binasınm və ətraf sahənin abadlaşdırılması layihələri
hazırlanır. Şamaxı
rayonu Kələxana kəndindəki türbə
ətrafinda, Qax rayonu "Kürmük"
məbədi ətrafinda
abadlıq layihələri,
Bakı şəhəri
Əzizbəyov rayonu Qala tarix-etnoqrafiya qoruğunun ərazisindəki
məscid və qala kompleksinin bərpası və konservasiyası Şamaxı
rayonunun"Yeddi Günbəz"
kompleksinin bərpası
və abidə ətrafında abadlıq işləri, Salyan rayonu Cümə məscidi"nin bərpası
və abidə ətrafinda drenaj sisteminin qurulması, Gəncə şəhəri "Şah
Abbas" karvansarayının
bərpası Quba rayonu, I Nügədi kəndindəki məscid və minarənin bərpa layihələrinin
hazırlanması nəzərdə
tutulur. İndiyə qədər az
adam bilir ki, Gədəbəy rayonunda çoxlu sayda tarixi qədim
abidələrimiz var. Böyük
Qaramuradlı kəndindəki
məbəd kompleksi və s.belələrindəndir.
Xalqımızın milli-mənəvi irsini qorumaq üçün abidəlerimizə
bundan sonra da diqqətlə yanaşacağıq.
Yaddaş.- 2007.- 21 iyun.-
S. 4.