Salyanda İncəsənət
məktəbinin yubileyi
qeyd olunub
Salyan şəhəri
Qulu Əsgərov adına incəsənət məktəbinin
45 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.
Bu barədə məlumatı "Ayna”ya həmin məktəbin tar
müəllimi Məzahir Məmmədov verib. O bildirib ki, məktəbin
məzunu olan yüzlərlə şagird milli musiqimizin
inkişafında töhfələrini verməkdədirlər.
Yubiley tədbirində
çıxış edən məktəbin direktoru Paşa
Nağıyev isə incəsənət ocağının
yetişdirdiyi kadrların nəinki rayon, ölkə
üzrə uğurlarından danışıb və daha sonra
şəhər icra başçısının
səhiyyə və mədəniyyət üzrə müavini
Rəşad Cəbrayılov, Salyan şəhər
bələdiyyəsinin sədri Əliəşrəf
Xanməmmədov, Kukla Teatrınm direktoru Yavər Cəbrayılov,
şəhər Mədəniyyət və Turizm
şöbəsinin müdiri Cəfərağa Əliyev
və başqalarının çıxışı
dinlənilib,"
Tədbirin bədii hissəsində
məktəbin müəllim və tələbə heyətinin
çıxışı olub. Yubileylə bağlı
məktəbin təsviri incəsənət
şöbəsinin müəllimi və şagirdlərinin
əl işlərindən ibarət sərgiyə baxış
keçirilib. Kamança ifaçısı Alim Abbasovun
rəhbərliyi ilə qarmon, nağara ansaınbıllarının
çıxışından sonra tar müəllimi Məzahir
Məmmədov, kamança ifaçısı Səfa Qafarov, müəllimlərdən
Afaq Əsədova, Lalə Ələsgorova, Mətanət
Nağıyeva, Ülkər Həsənova və
başqalarının xidmətləri xüsusi ilə
vurğulanıb.
Ayna.-2007.- 20 iyun.- S. 8.