Azərbaycanlı
rəssamın Norveçdə sərgisi açılıb
Bəstəkarlar İttifaqının VIII qurultayında iştirak etınək üçün Bakıya gələn Türkiyənin tanınmış bəstəkar Əhməd Yürür Azərbaycan bəstəkarlarının əsərlərinin anonim adı altında ifa edilməsini yolverilməz hesab edir. O, Türkiyədə belə hallarla mübarizə aparıldığını vurğulayaraq "Bu, əslində hüquqi məsələdir və Türkiyədə bunun qarşısını almaması üçün tədbirlər görülür. Məsləhət görərdim ki, bəstəkarlar belə hallarla qarşılaşdıqları vaxt bizə müraciət etsinlər. Onlara yardım edə bilərik" söyləyib.
Azərbaycan musiqisinin inkişaf etdiyi qənaətində olan bəstəkar Azərbaycan
və Türkiyə musiqisi arasında fərqli cəhətlərin
çox olduğunu
da gizlətməyib:
"Fərqlilik çoxdur
və bu səbəbdən də biz Azərbaycan musiqisindən yararlana bilmirik. Bəstəkarlar bir araya gəlib
bir çox tədbirlər keçirə
bilərdilər. Amma bu hələ də edilməyib. Birgə festivallar düzənləyib tələbə
mübadiləsi etsək,
bıı, hər iki ölkə üçün faydalı
olar".
Ayna.- 2007.-19 iyun.- S. 8.